Səfir Daşqın ŞİKAROV: Azərbaycan yaxın gələcəkdə Əfqanıstana təxminən

1-2 milyard dollar sərmayə yatırmağı planlaşdırır

Azərbaycanlı sərmayədarın vəsaiti hesabına Məzari-Şərifdə neft emalı zavodu fəaliyyətə başlamışdır. Azərbaycan Əfqanıstana sərmayə yatırımını genişləndirməyə hazırdır.

APA-nın “Ariananews” agentliyinə istinadən yaydığı məlumata görə, bu fikirləri Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov demişdir.

 O qeyd etmişdir ki, azərbaycanlı sərmayədarlar son beş ildə Əfqanıstan iqtisadiyyatına sərmayə yatırmışlar: “Beş il əvvəl azərbaycanlı sərmayəçi öz əfqan tərəfdaşı ilə Əfqanıstanda neft hasilatı sahəsinə 30 milyon dollar yatırmışdır. Biz yaxın gələcəkdə Əfqanıstanın müxtəlif sektorlarına 1-2 milyard dollar sərmayə yatırmağa hazırıq”.

 Qeyd edək ki, Məzari-Şərifdə Əfqanıstan və Azərbaycan sərmayəsi hesabına neft emalı zavodu fəaliyyət başlamışdır. Hazırda bu zavod gündə 500 ton xam neft emal edir, onun istehsal gücünü gündə 1500 tona çatdırmaq planlaşdırılır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında