“İpək Yolu” nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə yük daşınması 3 faiz, sərnişin daşınması isə 7 faiz artmışdır

Bu ilin yanvar-iyun aylarında “İpək Yolu” nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan ərazisində 29 milyon ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz çox yük, 138,7 milyon nəfər və ya 7,3 faiz çox sərnişin daşınmışdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, dəhlizdə daşınmış yüklərin 45,7 faizi avtomobil, 36,3 faizi dəmir yolu, 18 faizi dəniz nəqliyyatının payına düşür, avtomobil nəqliyyatında 6,5 faiz, dəmir yolu nəqliyyatında 1,9 faiz artım qeydə alınmışdır.

Dəhliz vasitəsilə daşınmış yüklərin 25,8 faizi və ya 7,5 milyon tonunu tranzit yüklər təşkil etmişdir. Yük daşımaları fəaliyyətindən 226,3 milyon  manat, sərnişin daşınmasından isə 46,5 milyon  manat gəlir əldə olunmuşdur və gəlirlər müvafiq olaraq 5,9 faiz və 14,5 faiz artmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında