Ermənistan humanitar fəlakət məngənəsində

Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2013-cü ilin yanvar-iyul aylarında  Ermənistan ümumi dəyəri 9,1 milyard dram, yəni 22,1 milyon dollar həcmində humanitar yardım almışdır. Bu yardımlar əsasən İsveçrə, Amerika, Avropa Birliyi ölkələrindən və MDB respublikalarından göndərilmişdir. İsveçrə ötən illə müqayisədə Ermənistana verdiyi yardımın həcmini 2,5 faiz artırmışdır (19,6). Yardım göndərilməsində sonrakı yerləri isə ABŞ (21,2 faiz), Avropa Birliyi (24,4 faiz) və  MDB ölkələri (2,5 faiz) tutur.

Ermənistan Milli Statistika Xidmətinin məlumatında həmçinin  deyilir ki, iyun-iyul aylarında elektrik mallarının qiyməti 0,1 faiz, tikinti materialları 0,1 faiz, mebel 0,2 faiz, dərman pereparatları 0,2 faiz, tekstil malları 0,3 faiz, yanacaq 0,4 faiz, kosmetika 0,5 faiz, dəftərxana məhsulları 1,3 faiz, geyim 1,5 faiz, ayaqqabı 0,6 faiz bahalaşmışdır.

Bahalaşma ölkənin bütün regionlarında müşahidə edilmişdir.   Ötəni ilin iyul ayı ilə müqayisədə ölkədə çörək və un məmulatlarının qiymətləri də artmışdır. Yüksək sort çörək 30,4 faiz, lavaş 0,4 faiz, buğda yarması 0,5 faiz, mannı 0,7 faiz, makaron məmulatları 0,7 faiz, peçenye 1,1 faiz, düyü 1,7 faiz, uşaq kaşası 3,1 faiz bahalaşmışdır.

Rəsmi məlumatda o da bildirilir ki, ərzaq məhsullarının artımı bütün iri rayon və şəhərlərdə müşahidə edilmişdir. Yalnız bir şəhərdə çörəyin qiyməti  0,3 faiz aşağı düşmüşdür.  Ermənistan paytaxtında isə çörək və un məmulatlarının qiyməti isə 0,4 faiz artmışdır. 2013-cü ilin avqustunadək Ermənistanda ötən aya nisbətən şirniyyat 0,2 faiz, kofe, çay, kakao 0,3 faiz, alkoqol, siqaret və alkoqolsuz içkilərin qiyməti isə 0,5 faiz artmışdır. 

Ermənistandakı ağır sosial vəziyyət insanların təkcə gündəlik həyatında deyil, bütün sahələrdə özünü göstərir. Nəticədə  “Böyük Ermənistan” indi artıq kənd-kənd boşalır. 

Yuxarıda deyilənlərə əsaslanan Ermənistan parlamentinin sabiq spikeri Karapet Rubinyan da vəziyyətin təhlükəli həddə çatdığını bildirir, ölkənin ağır-sosial iqtisadi böhrana yuvarlanmasının kökündə  hakimiyyətin yanlış siyasətinin və məmurların biznes maraqlarının durduğunu vurğulayır. Bu kontekstdə o, Ermənistan Konstitusiyasına zidd olaraq deputatların bizneslə məşğul olmasına diqqət çəkir.

Sabiq spiker bildirir ki, əgər hakimiyyət xalq tərəfindən özünə qarşı etimad görmək istəyirsə, korrupsiya hallarına qarşı mübarizə aparmalıdır: “Lakin belə mübarizənin indiki hakimiyyət dövründə heç vaxt olmayacağı şübhəsizdir. Çünki qanunazidd olaraq deputatların bizneslə, inhisarçılıqla məşğul olmasına Serj Sarkisyan iqtidarı özü şərait yaradır. Elə hakimiyyətin digər qollarındakı məmurlar da iri biznesin əsas təmsilçiləridir. Buna görə də Sarkisyan kimi prezidentin və onun quldurlarının belə hallara qarşı hansısa addımlar atacağını düşünmək sadəlövhlük olardı. İndi xalq ya bu cinayətkar rejimdən xilas olmalıdır, ya da onun öz qanunsuz əməllərinin miqyasını necə genişləndirməsinə şahidlik etməlidir”.

Ermənistanda yaşanan qanunsuzluqlar, ağır sosial-iqtisadi vəziyyət beynəlxalq miqyasda da izlənir. Məsələn, Britaniyanın nüfuzlu mətbu orqanlarından sayılan “Guardian” qəzeti yazır ki, Ermənistan bütün 15 postsovet respublikası arasında işsizlikdən ən çox əziyyət çəkir və ölkədə çox az demokratik islahatlar aparılıb.

Bütün bunlar Ermənistanın böyük tənəzzül yaşadığını bir daha aydın surətdə göstərir və bu ölkənin tarixin arxivinə qovuşacağını istisna etmir.

V.BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında