Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatları 3 illik idxala kifayət edir

Bu ilin 6 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 1,6 milyard ABŞ dolları və ya 3,5 faiz artaraq 47,7 milyard ABŞ dollarına bərabər olub ki, bu da təxminən 3 illik mal və xidmətlərin idxalına kifayət edir.

“APA-Economics”in xəbərinə görə, bu barədə Mərkəzi Bankın I yarımillik üzrə hazırladığı “Pul siyasəti icmalı”nda deyilir.

İcmala əsasən, strateji valyuta ehtiyatları xarici dövlət borcundan təqribən 8 dəfə çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlindən 8,8 faiz artaraq 12,7 milyard ABŞ dollarına çatıb ki, bu da 9 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayətdir.

 İcmalda deyilir ki, hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70 faizə yaxındır. Ümumilikdə strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü “makroiqtisadi bufer” formalaşdıran amildir. Bunun nəticəsi olaraq ölkənin xalis beynəlxalq investisiya mövqeyi əlverişlidir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında