BTC kəməri ilə 223 milyon tondan artıq Azərbaycan nefti nəql olunmuşdur

 Bu ilin iyul ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 559 379 ton Azərbaycan nefti nəql olunmuşdur.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz çoxdur.

Bu ilin yanvar-iyul aylarında bu kəmərlə 17 739 955 ton neft ötürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 0,8 faiz azdır. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il avqust ayının 1-ə qədər BTC-yə 223 191 769 ton neft vurulmuşdur.

Bundan başqa, cari ilin iyul ayında BTC kəməri ilə 251 713 ton Türkmənistan nefti nəql olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında