Azərbaycan Beynəlxalq Bankının ümumi yığıncağı keçirilmişdir

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin ümumi yığıncağı keçirilmişdir.
Maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən yığıncaqda üç məsələ müzakirə edilmişdir. "Azərbaycan Beynəlxalq Bankı"nın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2009-cu ilin maliyyə hesabatlarının təsdiq edilməsi, 2009-cu ilin mənfəəti və dividend siyasəti, bankın Audit Komitəsinin tərkibi haqqında qərarlar qəbul edilmişdir.
Ümumi yığıncağın qərarı ilə 2009-cu ilin maliyyə hesabatları təsdiq edilmişdir. 2009-cu il üzrə bankın xalis mənfəəti 128 milyon manat məbləğində olmuş və ötən ilin birinci və ikinci rübləri üzrə 46,7 milyon manat məbləğində vəsait dividendlərin ödənilməsinə sərf edilmişdir. Üçüncü rübdə mənfəətin bank tərəfindən dividendlərin ödənilməsi üçün nəzərdə tutulan 40 milyon manat hissəsi səhmdarların ümumi yığıncağının qərarı ilə bankın nizamnamə kapitalına yönəldilmişdir. Ötən ilin sonuncu və cari ilin iki rübü üzrə Azərbaycan Beynəlxalq Bankı mənfəət əldə etmiş və mənfəətin bölünməsi ilə dividendlərin verilməsi barədə qərar qəbul edilməsini qanunvericiliyin tələblərinə uyğun olaraq səhmdarların ixtiyarına vermişdir.
İkinci məsələ ilə əlaqədar iclasda iştirak edən və ümumilikdə səhmlərin 80 faizinə malik səhmdarlar, Maliyyə Nazirliyi də daxil olmaqla 66 faiz səs çoxluğu ilə dividendlərin rüblər üzrə deyil, illik olaraq ödənilməsi və növbəti ödənişin həyata keçirilməsi məsələsinə 2011-ci ildə baxılacağı barədə qərar qəbul etmişlər. İclasda iştirak edən səhmdarların 34 faizi bu qərarın əleyhinə səs vermişlər.
İclasın gündəliyinin üçüncü bəndi üzrə qəbul edilən qərarla Audit Komitəsinin üzvlərinin say tərkibi 7 nəfərdən 5 nəfərə qədər azaldılmışdır.
ABB ölkənin ən kapitallaşdırılmış bankıdır: onun nizamnamə kapitalı 240 milyon manat təşkil edir. 2010-cu il iyulun 1-nə olan məlumata görə, bankın balans kapitalı 627,7 milyon manat səviyyəsindədir. ABB bu il Azərbaycanın büdcəsinə 22 milyon manat müxtəlif xarakterli vergi ödənişlərini həyata keçirmişdir.
Yarım ildə bankın gəlirləri 189,98 milyon manat təşkil etmişdir. Azərbaycanda dövlət nəzarətində olan yeganə bankın vergiyə qədər mənfəəti 41,4 milyon manat olmuşdur. Bank 31,5 milyon manat məbləğində xalis mənfəət əldə etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında