“Vergi dostları” layihəsinin iştirakçıları ilə görüşlər keçirilmişdir

 

Avqust ayının 2-də Şirvan şəhərində “Vergi dostları” layihəsinin Sabirabad, Saatlı, Salyan, Hacıqabul, Neftçala və Şirvan rayonlarının ümumtəhsil orta məktəblərinin müəllimlərindən seçilmiş iştirakçıları ilə görüş keçirilmişdir.

Tədbir iştirakçıları qarşısında çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov ölkənin sosial-iqtisadi sahədə davamlı inkişafının təmin olunmasında həyata keçirilən vergi siyasəti, həmçinin 2013-2020-ci illərdə vergi sisteminin inkişaf strategiyası və modernləşdirilməsi, o cümlədən, vergi ödəyicilərinə göstərilən xidmətlər və bu sahədə həyata keçirilən layihələr haqqında danışmışdır.

Vergi inzibatçılığının təkmilləşdirilməsində müasir informasiya texnologiyalarından geniş istifadə olunduğunu qeyd edən Ə.Məmmədov hazırda vergi orqanları tərəfindən vergi ödəyicilərinə 49 növ xidmətin göstərildiyini, yaxın gələcəkdə isə bu rəqəmin 57-yə çatdırılacağını bildirmişdir.

Tədbir iştirakçılarına ərazi vergilər idarələrinin və vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, digər kənd və qəsəbələrdə “Vergi dostları” şəbəkəsinin yaradılması barədə geniş məlumat verilmişdir.  Qeyd  olunmuşdur ki, “vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir. İndiyədək 700-dək “vergi dostu” təlim keçərək müvafiq sertifikatlar almışdır. Gələcəkdə onların sayının 2000-ə çatdırılması nəzərdə tutulur.

Sonra 164 nəfər “vergi dostu” vergi orqanları ilə əməkdaşlıq barədə öhdəlik vərəqəsi imzalamış, onlara üzvlük sertifikatı, “vergi dostu”nun yaddaş kitabçası, kompyuterlər və data-kartlar təqdim edilmişdir.

Tədbirdə Sabirabad, Saatlı, Salyan, Hacıqabul, Neftçala və Şirvan rayon icra hakimiyyətləri və təhsil şöbələrinin, sahibkarların ictimai təşkilatları və həmkarlar ittifaqlarının nümayəndələri, Vergilər Nazirliyinin və 5 saylı ƏVİ-nin rəhbər vəzifəli şəxsləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında