“Baku Steel Company” MMC-yə İSO 9001 sertifikatı verildi

 

Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) tərəfindən hazırlanan, müştərilərin tələblərinə uyğun məhsul istehsal etmək, xidmət vermək  və reallaşdırmaq üçün mövcud olan əməliyyatların (biznes proseslərin) sistem şəklində və yüksək keyfiyyətlə idarəedilməsinə tələblər müəyyənləşdirən İSO 9001 Keyfiyyəti İdarəetmə Sisteminin nominantları sırasına “Baku Steel Company” MMC də qoşuldu.

İSO 9001 bütün dünyada qəbul edilən keyfiyyətli idarəetmə standartı olmaqla  müəssisənin istehsal etdiyi məhsulun və təklif olunan xidmətin keyfiyyətinə təminat verir. Əsas məqsəd isə sonda müştərilərilərin tələblərinə uyğun olan və onların razılığını qazana biləcək məhsul  istehsal etmək, yüksək xidmətlə müştəri məmnuniyyətinə çatmaqdır. İSO 9001:2008 Keyfiyyət Menecment Sistemi şirkətin rentabelliyini yuksəldir. Bu, eyni zamanda, mövcud standartların, QOST-ların düzgün və dəqiq işləməsi, həm də istehsal prosesi axınının şəffaflığı deməkdir.

 Şirkətin SƏTƏM üzrə böyük koordinatoru, İSO üzrə baş auditor Eynulla Abdullayev bildirir ki, “Baku Steel Company” MMC-də 2012-ci ilin yanvar ayından  İSO 9001:2008 keyfiyyət menecment sisteminin qurulması prosesinə start verildi. Məsləhətləşmələr  “SQ MART” şirkəti tərəfindən həyata keçirildi. Nəhayət, 2013-cü ilin may ayında daxili audit keçirildi və nəticədə keyfiyyət menecment sisteminin düzgün şəkildə tətbiqi təsdiq olundu.  Son mərhələdə, iyun ayında dünyada akkreditasiya sahəsində tanınan “TÜV AUSTRİA” şirkəti  sertifikatlaşdırmaya dəvət olundu və ilkin mərhələdə də  sertifikatın alınmasına nail olduq.

Standart  müəssisənin idarəetməsində mühüm olan əsas məsələləri-planlaşdırma, icraetmə, nəzarət və təkmilləşdirməni əhatə edir, yalnız maliyyə əməliyyatlarına və maliyyə idarəetməsinə birbaşa tələblər müəyyənləşdirmir. Eyni zamanda,  İSO 9001 təkcə məhsul standartı deyil və bu standarta uyğunluq məhsulun keyfiyyətli olmasını təsdiq etmir. Lakin idarəetmə elə qurulur ki, sonda istehsal olunan məhsul və xidmət keyfiyyətli olmaqla yanaşı, həm də müştəri tələblərinə uyğun olur. Ona görə də İSO 9001 fəaliyyət sahəsindən və həcmindən asılı olmayaraq bütün müəssisə və təşkilatlar tərəfindən tətbiq edilə bilir. Bu standart müştərilərin istəklərini və məhsula dair qüvvədə olan qanunvericilik tələblərini yerinə yetirmək imkanlarını reallaşdırmaq və  qiymətləndirmək məqsədi ilə tətbiq olunur.

 “Baku Steel Company” MMC-nin mətbuat xidməti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında