Avropa Yenidənqurma və İnkişaf Bankı indiyədək Azərbaycana 2,1 milyard ABŞ dolları məbləğində kredit ayırmışdır

 

İyulun 15-də Bakıda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti birgə mətbuat konfransı keçirmişlər.

Azərbaycana ilk səfərinin çox uğurlu olduğunu deyən Suma Çakrabarti son 10 ildə Azərbaycanda gedən inkişafın təqdirəlayiq olduğunu bildirmişdir.

Suma Çakrabarti diqqətə çatdırmışdır ki, Azərbaycan son illərdə yüksək iqtisadi uğurlara nail olmuş, o cümlədən yoxsulluğun səviyyəsi 2001-ci ildə 50 faizdən hazırda 6 faizə qədər endirilmişdir. Dünya tarixində bu səviyyədə yoxsulluğun azaldılması, ümumiyyətlə, ən nadir hallardan biridir. Bununla əlaqədar Azərbaycan hökumətini təbrik edirəm.

Bankın prezidenti bildirmişdir ki, bu il də əməkdaşlıq əlaqələri yüksələn xətlə davam edir. AYİB Azərbaycanda prioritet sahələr sırasında iqtisadiyyatın şaxələndirilməsi, kiçik və orta sahibkarlığın, maliyyə, aqrar sektorlarının və kapital bazarının inkişafını dəstəkləyir. Qeyri-neft sektorunun inkişafında şəffaflığın olması vacib məsələdir. Bu gün vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdə onlar da  korrupsiyaya qarşı mübarizə sahəsində hökumətin uğurlu fəaliyyətini qeyd etmişlər. Azərbaycan ilə AYİB arasında əməkdaşlığın daha da genişləndirilməsinə nail olmaq  niyyətindəyik.

Mətbuat konfransında iqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycan ilə AYİB arasında olan əlaqələrin böyük səmərə verdiyini demiş, Suma Çakrabartinin ölkəmizə səfərinin uğurlu əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulamışdır. Bildirmişdir ki, indiyədək  AYİB tərəfindən Azərbaycana 134 layihə çərçivəsində 2,1 milyard ABŞ dolları məbləğində kredit ayrılmışdır. Bankın ölkəmizdəki fəaliyyəti infrastrukturun inkişafı, enerji, su təchizatı, informasiya-kommunikasiya texnologiyaları, sənaye və turizm sahələrinə yönəlmiş, həmçinin banklara kredit xəttinin açılması, səhm kapitalında iştirak, özəl şirkətlərə birbaşa maliyyə dəstəyi və s. kimi sahələri əhatə etmişdir. AYİB tərəfindən indiyədək özəl sektorda 125 layihəyə 1,4 milyard dollar həcmində vəsait ayrılmışdır.

Qeyd olunmuşdur ki, ölkəmizdə beynəlxalq maliyyə institutları, o cümlədən AYİB ilə birgə həyata keçirilən layihələrə xüsusi diqqət yetirilir, bu layihələrdə qabaqcıl beynəlxalq təcrübənin, ən müasir texnologiya və yeniliklərin tətbiqinə mühüm əhəmiyyət verilir.

Nazir 2014-2016-cı illər üzrə Bankın Azərbaycana dair ölkə strategiyasının hazırlanması zamanı qeyri-neft sektorunun inkişafının prioritet olaraq nəzərə alınmasını və strategiyanın “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə uzlaşdırılmasının zəruriliyini vurğulamışdır.

Daha sonra AYİB-in Bakıdakı nümayəndəliyinin yeni ofisinin açılışı olmuşdur.

Tədbirdə diplomatik korpusun nümayəndələri, beynəlxalq qurumların, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, iş adamları iştirak etmişlər. 

Mərasimdə Şahin Mustafayev və Suma Çakrabarti çıxış edərək Azərbaycan ilə AYİB arasında uğurlu əməkdaşlıq əlaqələrindən danışmış, yeni ofisin açılmasının münasibətlərin daha da  inkişafına töhfə verəcəyinə əmin olduqlarını  bildirmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında