Azərbaycanda heyvandarlıq sektorunun inkişaf strategiyasına dair seminar işə başlamışdır

 

İyulun 11-də Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda heyvandarlıq sektorunun inkişaf strategiyasına dair seminar işə başlamışdır.

AzərTAc xəbər verir ki, seminarda dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının, özəl sektorun, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Seminarda çıxış edən kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə yüksək nailiyyətlərin əldə olunduğunu bildirmiş, dövlətin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğıdan danışmışdır. O qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatında aqrar sektor həyati əhəmiyyətə malikdir və əhalinin məşğulluğunda, kəndin inkişafında böyük əhəmiyyət daşıyır. Son illərdə Prezident İlham Əliyev tərəfindən bu sektora göstərilən dəstək və həyata keçirilən müxtəlif dövlət proqramları aqrar sahənin inkişaf etdirilməsinə geniş imkanlar açmışdır.

Nazir müavini “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”  haqqında  danışaraq demişdir ki, proqramın icrası nəticəsində Azərbaycanda 1 milyondan çox yeni iş yeri açılmışdır. Bu iş yerlərinin əksəriyyəti aqrar sektorda yaranmışdır. Hazırda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra edilir. Kənd təsərrüfatında ümumi daxili məhsul 2012-ci ildə 2005-ci ilə nisbətən 2,6 dəfə artmış, ötən il isə kənd təsərrüfatında ümumi məhsulun artım səviyyəsi 6,6 faiz olmuşdur. Azərbaycanın kəndli sahibkarları bu gün dünyanın 105 ölkəsinə 25 adda məhsul, o cümlədən meyvə, tərəvəz, kartof, bitki yağları ixrac edirlər. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2020-ci ilə qədərki dövrü əhatə edən inkişaf strategiyasının layihəsi hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunmuşdur.

A.Aslanov daha sonra ölkəmizin kənd təsərrüfatı sektorunda nailiyyətlərin əldə edilməsində bir sıra beynəlxalq təşkilatların və maliyyə qurumlarının rolundan danışmışdır. Qeyd olunmuşdur ki, FAO ilə Azərbaycan arasındakı əlaqələr böyük tarixə malikdir. Bu təşkilat tərəfindən ölkədə müxtəlif layihələr, proqramlar icra edilmiş və edilməkdədir. Ötən ilin aprel ayında Bakıda FAO-nun Avropa üzrə 28-ci regional konfransı keçirilmişdir.

Nazir müavini demişdir ki, heyvandarlıq sektorunun inkişaf etdirilməsi, o cümlədən xəstəliklərə nəzarət və heyvandarlıq məhsullarının istehsalının modernləşdirilməsi xüsusi prioritetlərdən hesab olunur. Bununla bağlı milli strategiyanın hazırlanmasına ehtiyac duyulur. Bu məqsədlə FAO tərəfindən strategiyanın layihəsi hazırlanmışdır. Həmin strategiyanın hazırlanması və həyata keçirilməsi ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması, təsərrüfat gəlirlərinin artırılması və milli iqtisadiyyatın güclənməsi işinə öz töhfəsini verəcəkdir.

FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Təranə Bəşirova, beynəlxalq ekspertlər Abdulbaqi Mehraban və Samuel Jutzi, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov, Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova strategiya layihəsinin hazırlanmasının əhəmiyyətindən, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasındakı rolundan, FAO ilə əməkdaşlığın perspektivlərindən danışmışlar. Vurğulanmışdır ki, bu seminarın məqsədi də strategiya layihəsini müzakirə etməkdir. Strategiya ümumi strateji inkişaf kontekstinə uyğun olaraq tərtib olunmuşdur və onun 10 il müddətində icrası planlaşdırılır.

Seminar iki gün davam edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında