Binəqədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyət istiqamətləri müzakirə edilmişdir

 

Binəqədi Rayon İcra Hakimiyyətinin akt zalında rayon icra hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılğı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyət istiqamətləri müzakirə edilmişdir.

Təqbiri giriş sözü ilə açan  rayon icra hakimiyyəti başçısının müavini İlqar Süleymanov respublikamızda dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan, bu sahədə həyata keçirilən dövlət proqramlarından bəhs etmiş,  həmçinin Binəqədi rayonunda gənclərlə bağlı aparılan işlər, planlaşdırılan tədbirlər barədə məlumat vermişdir.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun strateji araşdırmalar və beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçisi Vüsalə Niftəliyeva vurğulamışdır ki, adı çəkilən qurum  ölkə Prezidentinin müvafiq sərəncamı əsasında,  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət proqramı” çərçivəsində yaradılmışdır.

Natiq sonra fondun konsepsiyası, vəzifələri, prioritetləri, müraciət oluna biləcək kateqoriyalar və digər zəruri informasiyalarla tədbir iştirakçılarını tanış etmişdir. Bildirmişdir ki, fond tərəfindən    bu il iyunun 27-də III qrant müsabiqəsi elan olunmuşdur. Avqustun 12-də  yekunlaşacaq müsabiqənin nəticələri sentyabrın ilk ongünlüyündə məlum olacaqdır.

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov qeyd etmişdir ki, dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğı Binəqədi rayonunda aydın şəkildə özünü büruzə verir. Xatırlatmışdır ki, gənclər sahəsi üzrə keçirilən tədbirlərdə əsas məqsəd gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdən ibarətdir.

Mərasimdən sonra tədbir iştirakçıları Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının təmirdən sonrakı vəziyyəti, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı və YAP Binəqədi rayon təşkilatının yeni inzibati binası ilə tanış olmuşlar.

V.BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında