ARDNŞ-in TAP layihəsində payı 20 faiz olacaq

 

ARDNŞ, BP və Total Trans-Adriatik boru kəməri (TAP) layihəsində 50 faiz (müvafiq olaraq 20, 20 və 10 faiz) iştirak payı alacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirmişdir.

Onun sözlərinə görə, hazırda bu prosesin rəsmiləşdirilməsi üzrə işlər aparılır.

R. Abdullayev demişdir ki, “Şahdəniz” yatağının işlənməsi üzrə tərəfdaşlar ilin sonuna kimi Azərbaycan qazının Avropaya tədarükü çərçivəsində bütün saziş və müqavilələri razılaşdıracaq və imzalayacaq ki, bu da 2013-cü ilin sonunda “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi layihəsi üzrə son maliyyə qərarını qəbul etməyə imkan verəcək.

Onun sözlərinə görə, artıq alıcılardan qaz üçün təsdiq olunan qiymətlər alınıb, o cümlədən müqavilələr üzərində işlər gedir.

ARDNŞ rəhbəri qeyd etmişdir ki, hazırda Azərbaycan qazının Avropaya tədarükü marşrutunun tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) reallaşdırılması çərçivəsində də işlər davam edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında