Dünyada avroya inam azalır

Avropada hökm sürən borc böhranı maliyyə bazarlarında avroya olan inamı azaldıb. Avropa Mərkəzi Bankının məlumatına görə, dünya ölkələrinin valyuta-qızıl ehtiyatlarının 25,1 faizini avro təşkil etsə də, artıq bu rəqəm 23,9 faizə enib.

 APA ttp://apa.az/-nın məlumatına görə, dünya dövlətləri dollar ehtiyatlarını isə olduğu kimi saxlayıblar, hazırda müxtəlif ölkələrin valyuta ehtiyatlarının 61,9 faizini dollar təşkil edir. Valyuta ehtiyatları dövlət səhmlərinin alınması ilə formalaşdırılır, Yunanıstan, İspaniya, Portuqaliya və Fransada iqtisadi durum, üstəgəl Avrozona ölkələrinin borcları xarici sərmayəçilərdə pessimist əhval-ruhiyyə yaradıb. Rusiya bu sırada istisnadır. Bu ölkənin valyuta ehtiyatlarının təxminən 40 faizini avro təşkil edir. İnkişaf etmiş digər ölkələrdə isə bu rəqəm 23 faizi keçmir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında