Dövlət Gömrük Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul etmişdir

 

İyunun 14-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Balakəndə bu rayondan, həmçinin Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələdən olan vətəndaşları qəbul etmişdir.

Balakən Gömrük İdarəsində komitənin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda bölgə əhalisinin gömrük məsələləri ilə bağlı müraciətləri və təklifləri dinlənilmişdir.

Müraciətlər əsasən sərhədyanı rayonların əhalisinin yetişdirdikləri kənd təsərrüfatı məhsullarının satış məqsədi ilə qonşu Gürcüstanın bazarlarına çıxarılması üçün Mazımçay sərhəd-keçid məntəqəsində onlar üçün keçid prosedurlarının sadələşdirilməsi ilə bağlı olmuşdur.

Komitə sədri vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun şəkildə kömək göstəriləcəyinə söz vermişdir.

 Aydın Əliyev Gürcüstanın Gömrük Xidmətinin rəhbərləri ilə bu yaxınlarda keçirilməsi nəzərdə tutulan növbəti görüş zamanı bu məsələnin həlli ilə bağlı qarşı tərəfə müvafiq təkliflərin veriləcəyini bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında