Dünya Bankı Azərbaycan üzrə iqtisadi artım proqnozunu yaxşılaşdırmışdır

 

Azərbaycanda 2013-cü ildə iqtisadi artım tempinin 4,8 faiz təşkil edəcəyi gözlənilir.  “APA Economics”in xəbər verdiyi kimi, bu proqnoz Dünya Bankının “Dünya iqtisadiyyatının perspektivləri” icmalında göstərilir.

Belə ki, Dünya Bankı Azərbaycan üzrə iqtisadi artım proqnozunu ilin əvvəlindəki proqnozdan (4,2 faiz) 0,6 faiz yaxşılaşdırmışdır. Dünya Bankı 2014-cü ildə ölkədəki iqtisadi artımı 4,8 faiz, 2015-ci ildə isə 2,8% səviyyəsində proqnozlaşdırır. Yanvar ayında açıqlanan proqnozlarda isə bu göstəricilər müvafiq olaraq 3,7 faiz və 3,6 faiz olmuşdur.

Qeyd edək ki, Azərbaycanda 2012-ci ildə faktiki iqtisadi artım tempi 2,2 faiz, bu ilin yanvar-may ayları üzrə isə 4,5 faiz  təşkil etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında