Bakıda Azərbaycan-Belçika-Niderland biznes forumu keçirilmişdir

 

Belçikanın Lommel və Niderlandın Bergeijk şəhərlərindən biznes nümayəndə heyətlərinin ölkəmizə səfəri çərçivəsində iyunun 13-də Bakıda Azərbaycan-Belçika-Niderland biznes forumu keçirilmişdir.

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş tədbirdə sənaye, mühəndislik, külək, biokütlə və bioqazdan enerji istehsalı, günəş panelləri üçün şüşə, suyun təmizlənməsi, quşçuluq və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişlər.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan ilə Avropanın qabaqcıl ölkələri arasında əlaqələrin uğurla inkişaf etdiyini, bu baxımdan Belçika və Niderland krallıqları ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini diqqətə çatdırmışdır. Nazir müavini hər iki ölkə ilə siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bu münasibətlərin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulamışdır. N.Səfərov biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlərin iqtisadi münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd etmiş, Belçika və Niderland iş adamlarının Azərbaycana səfəri çərçivəsində keçirilən üçtərəfli biznes forumun ölkələr arasında iqtisadi əlaqələrin inkişafına töhfəsini verəcəyini bildirmişdir.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən N.Səfərov ölkənin siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı inkişafa malik, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, iri regional enerji və nəqliyyat layihələrinin iştirakçısı olduğunu xüsusi vurğulamışdır.

Belçikanın Lommel şəhərinin meri Peter Vanvelthoven Lommel şəhərində iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış etmişdir.

Niderlandın Bergeijk şəhərinin meri Driek Van de Vondervort rəhbərlik etdiyi şəhərin əsas iqtisadi sahələri barədə məlumat vermiş, azərbaycanlı sahibkarları Bergeijkin iş adamları ilə fəal əməkdaşlığa dəvət etmişdir.

Belçikanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Peter Booms Azərbaycan ilə Belçika arasında əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri barədə danışmışdır.

Niderlandın Azərbaycandakı səfirinin müavini xanım Özlem Canel təmsil etdiyi dövlətin ölkəmizlə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu, qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini vurğulamış, bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd etmişdir.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış etmişdir.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında