Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının seminarı işə başlamışdır

 

İyunun 10-da Bakı şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Çoxmilli müəssisələrin auditi” mövzusunda seminar öz işinə başlamışdır. Beş  gün davam edəcək seminarda İƏİT katibliyinin, eləcə də Niderland və İsveç Krallıqlarının vergi orqanlarının ekspertləri, Azərbaycan, Türkiyə, Belarus, Niderland, İsveç, Ukrayna və Gürcüstanın vergi orqanlarının əməkdaşlarının nümayəndələri iştirak edirlər.

Seminarın açılış mərasimində tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov bu tədbirin ölkəmizdə keçirilməsindən məmnunluğunu ifadə edərək, Vergilər Nazirliyinin bir çox beynəlxalq institutlarla fəal əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, qloballaşan dünyada transmilli şirkətlərin fəaliyyətinin sürətlə genişlənməsi onların vergi öhdəliklərinin düzgün müəyyən olunması məqsədilə auditin aparılması, vergilərin minimallaşdırılması və vergidən yayınma ilə mübarizə sahəsində səylərin gücləndirilməsi kimi məsələlərdə vergi orqanlarının birgə fəaliyyətini, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsini zəruri edir. 

Tədbirdə İƏİT-in Qlobal Əlaqələr Departamentinin nümayəndəsi Ubaldo Qonzalez İƏİT Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin fəaliyyəti barədə məlumat vermişdir. Sonra İsveç Vergi Agentliyinin auditoru cənab Jan Montelius və Niderland Vergi və Gömrük Administrasiyasının auditoru cənab Peter Oostdijk çıxış etmişlər. Açılış mərasimində “Çoxmilli müəssisələrin xüsusiyyətləri”, “Çoxmilli müəssisələrin vergiyə cəlb edilməsi” mövzusunda təqdimatlar edilmiş, Vergilər Nazirlyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Strateji araşdırmalar idarəsinin rəisi İmran Qarayev tədbir iştirakçılarını ölkəmizin vergi sistemi və bu sahədə aparılan islahatlarla tanış etmişdir.

İyunun 14-dək davam edəcək seminarda transmilli şirkətlərin vergiyə cəlb edilməsi, onlarda auditin aparılması, vergi planlaşdırması və vergi orqanları ilə əlaqələrin qurulması istiqamətində mövcud olan milli və beynəlxalq təcrübələr ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında