"GUAM faydalı təşkilatdır"

Bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko demişdir.
Ukraynalı nazir bildirmişdir ki, təşkilatın mahiyyəti ifrat dərəcədə siyasiləşdirilmişdir. Əslində isə GUAM-ın əsas məqsədi xüsusən nəqliyyat və enerji sahələrində müxtəlif layihələr üzrə əməkdaşlığa dəstək verməkdir.
Hazırkı mərhələdə təşkilatın əsas məqsədinin nəqliyyat dəhlizlərinin inkişafı, enerji sahəsində birgə layihələrin həyata keçirilməsi olduğunu vurğulayan K.Qrişenko demişdir: "Biz bu məsələlərin üzərində ciddi işləyəcəyik. Hesab edirik ki, qurumun institutlaşmasından sonra onun fəaliyyəti ciddi şəkildə yaxşılaşmışdır".
Nazir Ukraynanın Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəqlində GUAM-dan, o cümlədən Ukraynanın boru xətlərindən istifadə edilməsinə maraq göstərdiyini bildirmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında