Bakı Sərgi Mərkəzində Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi uğurla başa çatmışdır

 

AzərTAc sərgiyə yüksək səviyyədə informasiya dəstəyi verdiyinə görə xüsusi sertifikatla mükafatlandırılmışdır

İyunun 7-də Bakı Sərgi Mərkəzində Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbiri olan və öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi başa çatmışdır.

AzərTAc xəbər verir ki, bu ilki sərgidə 28 ölkədən neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğul olan, habelə servis xidmətləri göstərən 386 şirkət iştirak etmişdir.

Sərgi Bakı Sərgi Mərkəzinin üç pavilyonunda, eləcə də komplekslə yanaşı, açıq meydançada keçirilmişdir. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi aparıcı ölkələr sərgidə öz milli qrupları ilə təmsil olunmuşlar. Ötən illə müqayisədə sərgi meydançalarının sahəsi 22 faiz, eksponatlarının ümumi sayı isə 25 faiz artmışdır.

Sərginin baş sponsoru Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ), qızıl sponsorları isə “bp Azerbaijan” və “Statoil” şirkətləri olmuşlar. Sərginin digər sponsorları “Axpo Trading”, “Azfen-Tekfen”, “Azeri MI Drilling Fluids”, “BNP Paribas”, “Bos Shelf”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “Cross Caspian Oil and Gas Logistics”, “IHS Global Ltd”, “Interpipe”, “McDermott Caspian Contractors, Inc.”, “Nabucco”, “Nobel Oil”, “RussNeft”, “RWE”, “Siveco” və “TexnoProm” şirkətləri idi.

 

Sərgi və konfransın baş media tərəfdaşı qismində “Caspian Energy International Media Group” şirkəti çıxış etmişdir.

Sərgiyə yerli və müxtəlif xarici ölkələrdən mütəxəssislər gələrək şirkətlər tərəfindən bu sahədə olan bütün yeniliklərlə tanış olmağa imkan əldə etmişlər.

Bakıda ilk Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi 1994-cü ilin sentyabrında - Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilmişdir. Həmin dövrdə ulu öndər Heydər Əliyev bu sərgini “dünya neft-qaz şirkətlərini Azərbaycanın neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma” hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin ölkəmizdə keçirilməsi təşəbbüsünü dəstəkləmişdir. O vaxtdan etibarən Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilmişdir.

Keçirildiyi illər ərzində sərgidə dünyanın 70-dən çox ölkəsindən 5 min 600-dən artıq neft, qaz və energetika sektorunun aparıcı şirkətləri iştirak etmişdir.

İyunun 7-də - sərginin sonuncu günündə Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisinə yüksək səviyyədə informasiya dəstəyi verdiyinə və bu tədbirin gedişini dolğun işıqlandırdığına görə xüsusi sertifikatla mükafatlandırılmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında