Bakıda keçirilən XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı ilə bağlı rəsmi qəbul təşkil olunmuşdur

 

İyunun 4-də Bakıda işə başlamış XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı ilə əlaqədar ABŞ və Böyük Britaniyanın ölkəmizdəki səfirlikləri birgə rəsmi qəbul təşkil etmişlər.

Qəbulda Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar sərgi və konfransın əhəmiyyətindən danışaraq demişdir ki, Birləşmiş Ştatların neft-qaz strategiyası dəyişməz olaraq qalır. ABŞ-ın hər zaman Azərbaycanı enerji resursları hasil edən güclü bir dövlət kimi görmək istədiyini deyən səfir ölkəmizin qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini diqqətə çatdırmışdır.

Diplomat vurğulamışdır ki, yaxın vaxtlarda Azərbaycan qazının Avropaya çatdırılacağına qərar veriləcəkdir. Bu qərar həm siyasi, həm də iqtisadi mahiyyət daşıyacaq və Azərbaycana investisiya qoyulması üçün əlavə imkanlar yaradacaqdır.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adrian Li çıxış edərək Bakıda işə başlamış XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının vacibliyini vurğulamışdır.

Tədbirdə çıxış edən Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarlz Hendri Azərbaycanın enerji ehtiyatlarının Avropaya nəqli ilə bağlı veriləcək qərarın enerji təchizatının şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malik olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycana yatırılan bütün xarici sərmayələrin böyük bir hissəsi Böyük Britaniyanın payına düşür. Sevindirici haldır ki, Böyük Britaniya şirkətləri Azərbaycanda təkcə enerji sahəsində deyil, digər istiqamətlərdə də səmərəli fəaliyyət göstərirlər.

ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşaviri Amos Hoksteyn demişdir ki, hazırda Azərbaycan Xəzərin enerji resurslarının Avropaya çıxarılması istiqamətində əsas oyunçulardan biridir. Belə bir tədbirin təşkili Azərbaycan ilə ABŞ arasındakı əlaqələrə verilən önəmin göstəricisidir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında