“Baku Steel Company” MMC yeni sosial layihəsini təqdim etdi

 

 Sosial layihə ilkin olaraq  işçilərə ünvanlanıb

Azərbaycanda metallurgiya sənayesinin flaqmanı sayılan “Baku Steel Company” MMC təkcə ölkənin metallurgiya sahəsində deyil, həm də sosial sahədə bir sıra layihələri uğurla həyata keçirməkdədir.

 Bu sıradan olan “Sosial proqram” layihəsinin  əsas məqsədi şirkətdə çalışan işçilərin ailələrinin sosial təminatına dəstək verməkdir. İşçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn “Sosial proqram”  həm də  kadr potensialının möhkəmləndirilməsi və inkişaf etdirilməsi, müəssisədə  yüksək əmək nailiyyətlərinə nail olmaq məqsədi daşıyır.  Proqramda yeni ailə quranlara, 3-cü və 4-cü övladlarını dünyaya gətirənlərə və işçilərin xoş günlərində müəyyən pul mükafatlarının verilməsi xüsusi qaydalarla tənzimlənir. Bununla yanaşı “Baku Steel Company”  işçiləri  fövqəladə hallarla, bədbəxt hadisə və ya xəstəliklərlə üzləşdikdə də bu sosial dəstəkdən istifadə etmək kimi hüquqi təminata malikdirlər.

May ayının son günlərində  “Baku Steel Company”  “Sosial proqram” çərçivəsində  ilk mükafatını təqdim edib. Müəssisə rəhbərliyi tərəfindən şirkətin mərkəzi anbarının müdüri vəzifəsində çalışan Vəlizadə Abbas Həsən oğluna üçüncü uşağının dünyaya gəlməsi münasibətilə 1500 manat məbləğində pul mükafatı təqdim olunub.

Sosial Proqramın mütərəqqi bir layihə olduğunu vurğulayan mükafat sahibi Abbas Vəlizadə bildirir ki, mükafatın verilməsi ailəmizdə yeni uşağın dünyaya gəlişi qədər sevinc yaratdı. İndi bütün dünyanın sosial problemlərdən əziyyət çəkdiyi bir dövrdə, şirkətimizdə belə bir sosial dəstəyin həyata keçirilməsi həm də iqtisadi sahədə böyük uğurlar qazanan dövlətimizin bariz və uğurlu siyasətinin bəhrəsidir. Bütün bunlara görə ölkə rəhbərliyinə, o cümlədən onların siyasətini əməli işləri ilə dəstəkləyən “Baku Steel Company” MMC-nin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Çalışdığım müəssisənin rəhbərliyi bu uğurlu sosial layihəni həyata keçirməklə, kollektivin, o cümlədən hər bir işçinin taleyini  daim düşündüklərini, onların həyat səviyyəsinin yüksəldilməsi sahəsində hər zaman maraqlı olduğuqlarını bir daha təsdiq etdilər.

 “Baku Steel Company”

 MMC-nin mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında