Mingəçevirin sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmişdir

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın "2010-cu ilin birinci yarısında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları"na həsr edilmiş geniş iclası keçirilmişdir. İclası giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında cənab Prezidentin söylədiyi fikirlərə istinad edərək Azərbaycanda iqtisadi inkişafın artımını qeyd etdi və bu inkişafın içərisində Mingəçevir şəhərinin də uğurlarının olması barədə danışdı.
Sonra "2010-cu ilin birinci yarısında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları" barədə arayışla icra hakimiyyəti başçısının I müavini İlham İsmayılov məlumat verdi.
Cari ilin yanvar-iyun aylarında Mingəçevir şəhərinin istehsal müəssisələrində 55 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş, tikinti quraşdırma işlərinə 20 milyon manat vəsait xərclənmiş, əsas kapitala 22 milyon manat investisiya yönəlmiş, istehlak bazarında 73 milyon manatlıq mal satılmış və xidmətlər göstərilmişdir.
"Günəşli" və Bağlar" yaşayış massivində 8 kilometr uzunluğunda magistral xəttin və 63 kilometr uzunluğunda küçə xətlərinin çəkilişi başa çatdırılmış, şəhərin "Qələbə" meydanı, H.Əliyev və Teatr meydanlarında yenidənqurma işləri yekunlaşdırılmış, Teatr meydanı ətrafındakı binaların üstü mansard tipli dam örtükləri ilə əvəz edilmiş, binaların fasadlarına "alkopon" üzlük vurulması davam etdirilir. İlin əvvəlindən binaların fasadlarında aparılan rəngləmə işləri, küçələrin işıqlandırılması, balkonlara lambrin üzlüyün vurulması, küçələrə və məhəllədaxili yollara asfalt örtüyü çəkilməsi davam etdirilmişdir.
Görülmüş işlərə 2 milyon manatdan çox vəsait xərclənmişdir.
Cari ilin ilk 6 ayında istehsal olunmuş sənaye məhsulunun 83 faizi elektrik enerjisi istehsal edən "Azərbaycan İES" və Mingəçevir SES Silsiləsi" MMC-lərin payına düşür. İstilik elektrik stansiyasında ilin birinci yarısında 2,5 milyard kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur. "Mingəçevir SES Silsiləsi" MMC-də isə 1 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub.
2010-cu ilin birinci yarısında şəhərin kommunal təsərrüfatı müəssisələri şəhərdə aparılan quruçuluq və abadlıq işlərində yaxından iştirak etməklə yanaşı, əhaliyə, müəssisə və təşkilatlara mövcud imkanları daxilində kommunal xidmətləri göstərmişlər.
İclasda maliyyə idarəsi rəisinin müavini Soltan Əsədov, Dövlət Sosial Müdafiə Fondu şəhər şöbəsinin müdiri Cəlil Hətəmov, Yüksək gərginlikli şəbəkə rayonunun rəisi Firqət Yusifov, 8 nömrəli Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Asif Şirinov, şəhər təhsil şöbəsinin müdiri Nazir Sultanov çıxış edərək 6 ayda gördükləri işlərdən və üzərlərinə düşən vəzifələrdən danışdılar.
Çıxışlardan sonra şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev iclasa yekun vurmuşdur.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında