“Neft Daşları” yatağı üçün yeni estakadayanı meydança tikilir

 

Azərbaycan Dövlət Neft Şirkəti Xəzər dənizində yerləşən “Neft Daşları” yatağı üçün yeni 418A saylı estakadayanı meydançanın tikintisinə başlamışdır. ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, şirkətin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan meydançanın baş podratçısı “Neftqaztikinti” trestidir.

Belə ki, 14 istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 13 metr dərinliyində yerləşdiriləcək. Meydançada yüksək və alçaqtəzyiqli seperatorlar, qazqızdırıcı, avtomatik qazpaylama, eləcə də neftin və qazın ölçülməsi qurğuları quraşdırılacaq. Artıq obyekt üzrə 2 400 kvadratmetrlik sənaye meydançası, 200 kvadratmetrlik məişət sahəsi tikilmiş, 152 ədəd svay və quyu şaxtaları vurulmuşdur. Qülləaltı postamentin inşaat işləri isə tamamlanma mərhələsindədir. Tikinti işləri bütün müasir norma və tələblərə uyğun şəkildə həyata keçirilir. Ümumilikdə, tikinti işlərinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Meydançada qazılacaq quyulardan sutkalıq 140 ton neft və 10 min kubmetrə yaxın təbii qazın hasil ediləcəyi proqnozlaşdırılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında