“E-Audit” Tvinninq layihəsi uğurla başa çatdı

 “Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” Tvinninq layihəsinin başa çatdırılmasına həsr olunmuş təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycanın dövlət qurumlarının, Avropa İttifaqının, BMT-nin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdəki nümayəndələri iştirak etmişlər.

Təqdimat mərasimini açan vergilər naziri Fazil Məmmədov Azərbaycanın vergi sisteminin inkişafı üçün ən mühüm layihələrdən biri olan “E-Audit” Tvinninq layihəsinin uğurla başa çatdırılmasında əməyi olanlara təşəkkür etmiş, bu layihənin Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən modernləşdirmə siyasətinin tərkib hissəsi olmaqla Azərbaycan və Avropa İttifaqı arasındakı səmərəli əməkdaşlığın real nəticələrindən biri kimi dəyərləndirmişdir.

F. Məmmədov qeyd etmişdir ki, Vergilər Nazirliyi vergi qanunvericiliyinin və inzibatçılığının müasir tələblər səviyyəsində qurulması üçün son illər ərzində bir sıra iri layihələr, o cümlədən AVİS, elektron bəyannamələr, ƏDV depozit hesabları, elektron hesab fakturalar, elektron  qeydiyyat və mobil imza kimi texnoloji tutumlu layihələr həyata keçirmişdir. Sözügedən nazirlik artıq kifayət qədər əhatəli məlumat bazasına malikdir və burada elmi əsaslara söykənən intellektual təhlil texnologiyalarının tətbiqi üçün lazımi əsaslar yaradılmışdır.  “E-Audit” layihəsinin həyata keçirilməsi ilə bağlı hazırlıq işlərinə 3 il əvvəl başlanılmış, 2010-ci ilin may ayında tender keçirilmiş, Avropa İttifaqı tərəfindən müvafiq maliyyə resursları ayrılmışdır. “E-audit” Tvinninq layihəsinin tərəfdaşı kimi Niderland Krallığının Vergi Administrasiyası seçilmiş və 2011-ci ilin mart ayında layihənin icrasına başlanılmışdır.

Nazir bildirmişdir ki, elektron auditin tətbiqi üçün müvafiq hüquqi bazanın yaradılması məqsədilə 2013-ci il yanvarın 1-dən  Vergi Məcəlləsinə “E-audit” proseslərinin hüquqi əsaslarını tənzimləyən 13 yeni maddə daxil edilmişdir. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən müəssisələrin sahə spesifikliyi nəzərə alınmaqla sahələr üzrə audit testləri və “E-audit”in tətbiqi üçün metodik tövsiyələr hazırlanıb tətbiq edilmişdir.

Azərbaycanda “E-audit”in tətbiqi sahəsində hələ ilk addımlar atıldığını diqqətə çatdıran Fazil Məmmədov qeyd etmişdir ki, əldə olunmuş nəticələr “E-audit”in yüksək səmərəliliyini nümayiş etdirir. Neft, bank və ticarət sektorlarında “E-audit”in tətbiqinin ilkin nəticələri göstərir ki, vergidənyayınma risklərinin təhlilinin avtomatlaşdırılmış qaydada aparılması nəticəsində bir yoxlamaya sərf olunan vaxt və insan resurslarının həcmi təxminən 1,5 dəfə azalmışdır. Bu isə ona dəlalət edir ki, “E-audit”in tətbiqi sahəsində görülən işlər davam etdirilməli, tədricən “E-audit”in hərtərəfli tətbiqinə nail olunmalıdır.

Tədbirdə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arjen Uijterlinde çıxış etmişlər.

Sonra layihənin Vergilər Nazirliyi tərəfindən rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədov, layihənin Niderland Krallığının Vergi və Gömrük Administrasiyası tərəfindən rəhbəri Jaap Snaterse və layihə üzrə rezident məsləhətçi Leendert Kers “E-audit” layihəsinin ilkin yekunları ilə bağlı təqdimatlarla çıxış etmişlər.

Tədbirin sonunda “E-Audit” üzrə təlim proqramının iştirakçılarına Niderland Krallığının Vergi Administrasiyasının sertifikatları təqdim olunmuşdur.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında