Azərbaycanın Dünya Bankı ilə gələcək əməkdaşlığı müzakirə olunmuşdur

 

 

Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralinin başçılıq etdiyi nümayəndə heyəti mayın 24-də Azərbaycanın Mərkəzi Bankında (AMB) olmuşdur.

AMB-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sədr Elman Rüstəmov ilə görüşdə H.Kerali Azərbaycan Hökumətinin Beynəlxalq İnkişaf Assosiasiyasına borcunun vaxtından qabaq  ödədiyinə görə təşəkkürünü bildirmiş və ölkəmizin potensial donorlar sırasında yer aldığını xüsusilə vurğulamışdır. Dünya Bankının AMB ilə uğurlu əməkdaşlığından danışan Henri Kerali bu əlaqələrin getdikcə möhkəmləncəyinə və genişlənəcəyinə əminliyini bildirmişdir.

Görüş zamanı E.Rüstəmov Azərbaycanın Dünya Bankı ilə uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnun olduğunu vurğulamış və göstərilmiş texniki yardımların ölkənin inkişafı üçün əhəmiyyətli olduğunu qeyd etmişdir.

Görüşdə, həmçinin iki qurumun gələcək əməkdaşlığı, birgə tədqiqatlara dair imzalanacaq saziş layihəsi və digər məsələlər müzakirə olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında