Bakıda XIX Azərbaycan Beynəlxalq qida sənayesi, VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı və II Xəzər Beynəlxalq qablaşdırma, tara, etiket və poliqrafiya sərgiləri açılmışdır

 

 

Mayın 22-də Bakı Expo Mərkəzində XIX Azərbaycan Beynəlxalq qida sənayesi, VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı və II Xəzər Beynəlxalq qablaşdırma, tara, etiket və poliqrafiya sərgiləri açılmışdır. Sərginin təşkilatçıları “Iteca Caspian” MMC və “İTE Group PLC” şirkətidir.

Sərgilərin açılışında çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov ölkəmizin iqtisadiyyatı barədə məlumat vermiş, ilin sonunadək kənd təsərrüfatı sahəsində 6-7 faiz artımın gözlənildiyini demişdir. Bildirilmişdir ki, bu sərgilər mövcud əlaqələrin möhkəmlənməsində, yeni tərəfdaşların axtarışına və Azərbaycanın qida sənayesində yeni texnologiyaların tətbiqinə şərait yaradan işgüzar platformaya çevrilmişdir.

“İTE Group PLC” şirkətinin icraçı direktoru Edvard Stroon  sərgilərdə iştirak edən şirkətlərin sayının ilbəil artdığını demişdir. Qeyd etmişdir ki, Azərbaycanın yerli şirkətlərinin də sərgidə fəallığının artması sevindirici haldır. Bu il sərginin ümumi sahəsinin üçdəbir hissəsini Azərbaycanın yerli şirkətləri tutur.

Builki sərgidə 31 ölkədən 179-dan çox şirkət iştirak edir. Onların arasında Rusiya, Belarus, Polşa, Almaniya, Çexiya, Hollandiya, Latviya, Türkiyə, İtaliya və İspaniya şirkətləri də vardır. Bu il ilk dəfə olaraq Latviya, Moldova, Belçika və İran öz milli ekspozisiyaları ilə çıxış edirlər. Sərgidə MDB ölkələrindən və Avropadan olan şirkətlər üstünlük təşkil edirlər. Onların arasında “Azərsun Holding”, “Qəbələ Konserv Zavodu” MMC, “Şirin”, “Milla” və digər şirkətlər, eləcə də öz potensialını geniş auditoriyaya nümayiş etdirmək kimi nadir fürsətdən yararlanan debütantlar vardır. Bu il sərgidə Naxçıvan Muxtar Respublikası  ayrıca stendlə çıxış etmişdir. Burada Naxçıvanın məşhur mineral suyu, xörək duzu, un və qənnadı məmulatları nümayiş etdirilir.

Sərgidə qida sənayesi üçün avadanlıq, ət, konservlər,  baqqaliyyə məhsulları, inqridiyentlər, çay, meyvə və tərəvəz, qənnadı məmulatları və geniş çeşidli içkilərdən ibarət stendlər təqdim olunmuşdur.

Bu il Azərbaycan, Rusiya, ABŞ və Türkiyə şirkətlərinin də daxil olduğu debütantlar ümumi iştirakçıların 45 faizini təşkil edir. İlk dəfə olaraq Özbəkistan və İordaniya şirkətləri də sərgidə yer almışlar.

Artıq ikinci ildir ki, “WorldFood Azerbaijan” sərgisi ilə birlikdə keçirilən “Ipack Caspian-2013“ Xəzər Beynəlxalq “Qablaşdırma, tara etiket və poliqrafiya“ sərgisində “qablaşdırma” sektoru nümayiş olunur.

“AgriHort Azerbaijan-2013” VII Beynəlxalq kənd təsərrüfatı sərgisi “WorldFood Azerbaijan” sərgisi ilə eyni meydançada keçirilir. Sərgidə Azərbaycan, Bolqarıstan, Macarıstan, Almaniya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Ukrayna, Fransa və digər ölkələrdən şirkətlər iştirak edirlər.

Bu sərginin sahəsi ötən illə müqayisədə 87 faiz artmışdır. Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıq, istixana avadanlığı, suvarma sistemləri, heyvanlar və balıqlar üçün yemlər, toxumlar, gübrələr və s. bu kimi məhsullar nümayiş olunur. Builki sərginin əsas fərqləndirici cəhəti kənd təsərrüfatı texnikasına həsr olunan ekspozisiyanın genişlənərək Bakı Expo Mərkəzinin həm daxili, həm də açıq meydançasında təqdim olunmasıdır. Bu sektor çərçivəsində ikinci ildir ki, kənd təsərrüfatı texnikasının istehsalı üzrə dünya liderləri hesab olunan alman şirkətləri birgə stendlə iştirak edirlər.

“WorldFood Azerbaijan-2013” və “AgriHort Azerbaijan-2013” sərgiləri ölkənin qida və aqrar sektorlarının bütün müsbət inkişaf meyllərini nümayiş etdirəcək, beynəlxalq əlaqələrin genişlənməsinə, investisiya yatırımlarının artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradacaqdır.

Sərgilər mayın 24-dək davam edəcəkdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında