Murat Bakır yenidən TÜSİAB İdarə Heyətinin sədri seçildi

 

 

Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) üzvlərinin 19-cu ümumi yığıncağı keçirildi.  “Hilton” otelinin “Sevda” salonunda keçirilən yığıncaqda  Türkiyənin Azərbaycandakı səfirliyinin, Quzey Kıprıs  Türk Cümhuriyyətinin Bakı təmsilçiliyinin  əməkdaşları, millət vəkilləri, Azərbaycan Sahibkarlar  Konfederasiyası və  mətbuat nümayəndələri iştirak edirdilər.

 Tədbirin başlanğıcında hər iki ölkənin ulu öndərləri Heydər Əliyev, Mustafa Kamal Atatürkün və Vətənimizin azadlığı uğrunda mübarizədə canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndi. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90-cı ildönümü münasibəti  ilə  cəmiyyət  tərəfindən hazırlanmış  film  nümayiş  etdirildi.

İclasda çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) sədri Məmməd Musayev ölkələrimiz arasında əlaqələrin çox sürətlə inkişaf etdiyini vurğulayaraq: “Türk iş adamlarının səyləri nəticəsində Azərbaycan-Türkiyə  arasında xarici ticarət dövriyyəsinin 4,5 milyard dollara çatdığını, bu rəqəmin gələcəkdə 10 milyard dollar olması üçün hamımızın birlikdə çalışmağımızı” bildirərək ümumi yığıncağın işinə uğurlar dilədi.

Quzey Kıprıs  Türk Cümhuriyyətinin Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri Sadəttin Topukçu öz çıxışında qonaqları salamlayaraq yeni seçiləcək İdarə Heyətinə müvəffəqiyyətlər  dilədi.

 Azərbaycan Respublikası Milli Məclisinin üzvü Musa Qasımlı: “Belə anlamlı və gözəl bir gündə ümummilli liderimiz Heydər Əliyevi anan  dəyərli iş adamlarını və cəmiyyətin heyətini təbrik edirəm. Taksim meydanında Xocalının 20-ci ilinin anım tədbirlərində ən öndə bizimlə bərabər TÜSİAB sədri və üzvlərinin iştirakı, iş adamlarımızın milli məsələlərimizə olan müsbət yanaşması bizləri çox məmnun etdi”- deyərək yığıncağın  işinə uğurlar arzuladı.

TÜSİAB İdarə Heyətinin sədri Murat Bakır hər iki ölkənin iqtisadi inkişafına toxunaraq, cəmiyyətin qurulmasına xeyir-dua verən ümummilli lider Heydər Əliyevi rəhmətlə yad edərək, fəaliyyətlərinə göstərdikləri dəstəyə görə üzvlərə, Azərbaycan dövlətinə, Türkiyənin Azərbaycandakı səfirliyinə təşəkkürlərini bildirdi.

TÜSİAB İdarə Heyəti üzvlərinə təşəkkür plaketlərini təqdim edən Türkiyənin Azərbaycan Respublikasındakı səfiri Alpər Coşqun dedi: “Öncə Türkiyədəki terror hadisələrinə toxunaraq 43 vətəndaşımızı qətl edənləri nifrətlə qınayıram. Türkiyə Cümhuriyyəti hər keçən gün inkişaf etməkdədir və bu hadisələr ölkəmizdə sabitliyin pozulmasına yönəldilmişdir. Fəqət heç bir zaman bizləri yolumuzdan döndərə bilməyəcəklər. Türkiyə daha da inkişaf edərək bütün bu problemlərin qarşısını alacaqdır. Ümumi yığıncağınızı təbrik edir, hər iki ölkəmiz  üçün xeyirli  olmasını diləyirəm”.

Daha sonra TÜSİAB üzvlərinin 85 faizinin  iştirakı ilə  keçirilən səsvermənin nəticələrinə əsasən, Murat Bakır  yenidən TÜSİAB  İdarə Heyətinin sədri  seçildi.

İdarə Heyətininin sədri ilə birgə 14 nəfər İdarə Heyətininin üzvləri, eyni zamanda qurumun Nəzarət Təftiş və  İntizam komissiyalarının  üzvləri  seçildi.

Yığıncağın sonunda İdarə Heyəti və TÜSİAB üzvləri Murad Bakırı yenidən sədr seçilməsi münasibətilə  təbrik etdilər.

 İdarə Heyətinin sədri öz növbəsində seçilən yeni heyət ilə birlikdə TÜSİAB-ın fəaliyyətinə, iş adamlarının qarşılıqlı əlaqələrinin inkişafına davam edəcəklərini  və daha böyük nailiyyətlərə imza atmaq üçün səylə çalışacaqlarını  söylədi.

A.SADIQOĞLU,

“Xalq  qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında