Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa olunmuşdur

 

 

“Atrabank” Açıq Səhmdar Cəmiyyətinin Xəzər rayon filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumatlar araşdırılmışdır.

Müəyyən edilmişdir ki, filialın vəzifəli şəxsləri tərəfindən 2011-ci il aprelin 1-dən 2012-ci il sentyabrın 1-dək olan dövr ərzində saxta sənədlər əsasında, həmçinin bir çox hallarda yararsız vəziyyətdə olan avtomobillərin girov qoyulması yolu ilə 145-dən artıq vətəndaşın hər birinin adına kreditin rəsmiləşdirilərək mənimsənilməsi və yol verilmiş digər qanunsuz hərəkətlər nəticəsində ümumilikdə banka 600 min manatdan artıq məbləğdə külli miqdarda ziyan vurulmuşdur.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında