Vergilər Nazirliyində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

 

 

 

May ayınının 7-də Vergilər Nazirliyi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirmişdir. Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov tədbiri giriş sözü ilə açaraq müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən danışmışdır.

Azərbaycanın müasir tarixinin son 40 ilə yaxın bir mərhələsinin ümummilli liderin adı ilə bağlı olduğunu vurğulayan natiq, Azərbaycan dövlətinin dünya dövlətləri arasında öz layiqli yerini tutmasının, qüdrətli bir ölkə kimi təşəkkülünün və davamlı inkişafının dahi öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində mümkün olduğunu diqqətə çatdırmışdır. Məhz onun rəhbərliyi altında ötən əsrin 70-80-cı illərində Azərbaycan iqtisadiyyatının təməli və sahəvi strukturu formalaşdırılmış, respublikamızda yüzlərlə zavod, fabrik tikilib istifadəyə verilmiş, bir çox yeni istehsalat sahələri yaradılmışdır. Bu gün müstəqil Azərbaycan Respublikasının iqtisdiyyatı məhz bu təməl üzərində inkişaf etdirilir. Qeyd olunmuşdur ki, bu illər ərzində xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş, eləcə də onun təşəbbüsü və rəhbərliyi altında ölkədə aparılan iqtisadi islahatların tərkib hissəsi olaraq vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması üçün mühüm tədbirlər həyata keçirilmiş, ölkəmizin vergi siyasətinin konsepsiyası, vergi sistemində aparılan islahatların fəlsəfəsi, strategiyası müəyyən olunmuşdur.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Heydər Əliyev şəxsiyyətinin və siyasətinin yalnız Azərbaycan çərçivəsində deyil, ümumiyyətlə regional və qlobal miqyasda mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir. O xatırlatmışdır ki, Heydər Əliyev yenidən rəhbərliyə tariximizin olduqca mürəkkəb məqamında qayıtmışdır və yalnız siyasi müdrikliyi, polad iradəsi və dövləti idarəetmə bacarığı sayəsində qarşıya çıxan bütün maneələri dəf etmiş, xalqımızı düşdüyü bəlalardan çıxara bilmişdir. Onun rəhbərliyi altında ölkəmiz dünya birliyinin tamhüquqlu üzvünə çevrilmiş, Azərbaycanda sürətli iqtisadi inkişafa nail olunmuş, dövlətçilik ənənələri formalaşdırılmışdır.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxışında bildirmişdir ki, ümummilli lider Heydər Əliyev sözün hər mənasında böyük ömür yaşamışdır. Lakin onun ideyalarının ömrü, qurduqlarının və yaratdıqlarının ömrü daha böyükdür. Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan iqtisadiyyatın Azərbaycan modeli bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz artlıq inkişafın elə bir səviyyəsinə gəlmişdir ki, o borcalan dövlətdən borcverən dövlətlər sırasına daxil olmuşdur.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.

Tədbir Azərbaycanın incəsənət ustalarının çıxışları və yubileyə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında