Dövlət Neft Fondunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

 

 

Mayın 8-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) ümummilli lider, dahi siyasətçi, böyük dövlət xadimi Heydər

Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

ARDNF-in icraçı direktoru Şahmar Mövsümov və fondun kollektivi əvvəlcə foyedə ulu öndərin büstü önünə əklil qoymuş, xatirəsini dərin ehtiramla anmışlar.

Tədbiri giriş sözü ilə açan fondun icraçı direktoru Şahmar Mövsümov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının, onun uzaqgörən siyasəti nəticəsində imzalanan “Əsrin müqaviləsi”nin ölkəmiz üçün əhəmiyyətindən, respublikamızda aparılan mühüm sosial-iqtisadi islahatlardan bəhs etmişdir. Bildirilmişdir ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra hərbi təcavüz, daxili çəkişmələr və iqtisadi çətinliklər ilə üzləşmişdi. Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qısa müddət ərzində sabitlik bərpa olunmuş və ölkənin iqtisadi imkanlarının səfərbər edilməsi, neft və qaz sənayesinə xarici investisiyaların cəlb olunması məqsədi ilə cəsarətli siyasi addımlar atılmışdır.

“Əsrin müqaviləsi” də bu baxımdan ölkə iqtisadiyyatının inkişaf etdirilməsində, xalqın sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynamışdır. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artmış, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verilmişdir. Dahi siyasət xadiminin təşəbbüsü ilə bağlanmış bu müqavilə Azərbaycan tarixində yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni milli neft strategiyası həyata keçirilməyə başlanmışdır.

Neft strategiyasından bəhs edən Ş.Mövsümov bildirmişdir ki, bu strategiyanın mühüm tərkib hissələrindən biri xarici şirkətlər ilə birlikdə hasil olunan neft və qazın irihəcmli nəqlini və xarici bazarlara ixracını təmin edən çoxşaxəli boru nəqliyyat infrastrukturunun yaradılmasıdır. Bu baxımdan Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərlərinin yenidən qurulmasını Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas neft-qaz ixrac boru kəmərlərinin çəkilməsini xüsusi vurğulamaq olar. Milli Neft Strategiyasının uğurla reallaşması nəticəsində ölkənin karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı ildən-ilə genişlənmiş və bunun sayəsində dövlətimizin valyuta ehtiyatları sürətlə artmağa başlamışdır.

Bunun məntiqi davamı kimi Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanmasını və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədi ilə 1999-cu ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondu yaradılmışdır. Bununla da neft sərvətlərinin bugünkü və gələcək nəsillər arasında ədalətli bölgüsü, gəlirlərin səmərəli və məqsədyönlü şəkildə idarə edilməsi üçün əsaslı təminat yaradılmışdır.

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rolu barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Ulu öndərin tarixi xidmətlərindən bəhs edən rejissor Vaqif Mustafayev isə Heydər Əliyev dühasından bəhs edən filmlər barədə danışmışdır.

Sonda rejissorun ulu öndərə həsr etdiyi yeni “Ata yolu” filmi ilk dəfə tədbir iştirakçılarına nümayiş olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında