Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb

 

 

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2013-cü ilin mayın 1-nə 12 499,9 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin mayın 1-nə nisbətən 1 548,2  milyon dollar və ya 14,1 faiz çoxdur.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda aprel ayında rəsmi valyuta ehtiyatları 167,3 milyon dollar və ya 1,4 faiz artıb:

Qeyd edək ki, bütövlükdə ötən il ərzində AMB-nin valyuta ehtiyatlarının artımı 1 213 milyon dollara bərabər olub. Bu ilin 4 ayı ərzində isə bu göstərici artıq 805 milyon dollar olub və ya ötən ilin artımının 66,4 faizini təşkil edib. Bundan əlavə, ötən ilin yanvar-aprel ayları ərzində artım 470 milyon dollar təşkil edib. Beləliklə, hələlik bu il ərzində AMB-nin valyuta ehtiyatları daha yüksək templə artır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında