OFİD Azərbaycanın "Cənub" İstilik Elektrik Stansiyasının inşası üçün kredit ayırmışdır

İyulun 15-də Vyanada Azərbaycanın Maliyyə Nazirliyi və Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) Beynəlxalq İnkişaf Fondu arasında kredit müqaviləsi imzalanmışdır.
Sənədi Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, OPEK-in Beynəlxalq İnkişaf Fondu (OFİD) tərəfindən isə fondun baş direktoru Süleyman əl-Herbiş imzalamışdır. İmzalanma mərasimində Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev, Maliyyə Nazirliyinin, səfirliyin və OFİD-in əməkdaşları iştirak etmişdir.
Müqavilənin məqsədi Şirvan şəhərində tikilən "Cənub" İstilik Elektrik Stansiyasının tikintisi ilə bağlı kreditin ayrılmasından ibarətdir. Fond tərəfindən güzəştli şərtlərlə verilən 20 milyon avro kredit elektrik stansiyası üçün infrastrukturun qurulması və avadanlığın alınmasına sərf ediləcəkdir.
Qeyd edək ki, bu kredit OFİD-in Azərbaycan üçün həyata keçirdiyi ən böyük infrastruktur layihəsidir. İmzalanma mərasimindən sonra bildirilmişdir ki, beynəlxalq maliyyə böhranı dövründə Azərbaycan üçün böyük məbləğdə kreditin ayrılması ölkə rəhbərlyinin yürütdüyü düzgün iqtisadi strategiya və ölkənin iqtisadi potensialına göstərilən etimadın nümunəsidir.
Maraqlı məqam ondan ibarətdir ki, OFİD ilə birlikdə İslam İnkişaf Bankı (İİB) və Əbu-Dabi İnkişaf Fondu ilk dəfə olaraq sindikat formasında Azərbaycanda energetika layihəsini maliyyələşdirmək niyyətindədir.
1975-ci ildə əsası qoyulan OFİD-in məqsədi inkişaf etməkdə olan ölkələrə güzəştli kreditlər verməklə onların sosial-iqtisadi inkişafına təkan verməkdir.
Xatırladaq ki, Avropada ilk açıq tipli energetika qurğusu olan 1050 meqavatlıq "Şirvan İstilik Elektrik Stansiyası" 1967-ci ildən fəaliyyətdədir və istismar müddəti bitmək üzrədir. Bu səbəbdən də Şirvan şəhərində 780 meqavatlıq yeni stansiyanın tikintisinə başlanmışdır. "Cənub" Elektrik Stansiyasının təməli 2007-ci il dekabrın 24-də ölkə Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur.

{nl}


Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında