Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir

 

 

Şuradan AzərTAc-a bildirmişlər ki, iclasda ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinə baxılmış, ekspertiza xidmətlərinin tariflərinə dair Tarif (qiymət) Şurasının müvafiq qərarına dəyişikliklər edilmişdir.

Bakı şəhərində marşrutların sayının 316-dan 217-dək azaldıldığı, bəzi marşrutlar üzrə məsafənin dəyişdirildiyi və yeni marşrutların açıldığı nəzərə alınaraq, avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yeni marşrutlara uyğunlaşdırılmasına dair qərar qəbul edilmişdir.

Yeni qərarda tarif dəyişikliyi nəzərdə tutulmamışdır. Belə ki, şəhərdaxili marşrutlarda sərnişindaşıma tarifləri hazırda olduğu kimi, 20 qəpik səviyyəsində saxlanılmış, şəhərətrafı və qəsəbələrarası marşrutların yeni nömrələri məsafələr üzrə mövcud tariflərə uyğun olaraq qruplaşdırılmışdır.

Tarif (qiymət) Şurasının qərarı ilə şəhərətrafı marşrutlarda şəhərdaxili, qəsəbədaxili və ya qəsəbələrarası hərəkət edən sərnişinlər üçün tarif 20 qəpik səviyyəsində müəyyən edilmişdir. Qərara əsasən, sərnişindaşıma tarifi, marşrutun sxemi və marşrutda dövrün uzunluğu barədə məlumatlar avtobuslarda və dayanacaqlarda sərnişinlərin aydın görə biləcəyi formada yerləşdirilməlidir.

İclasda “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2011-ci il 24 noyabr tarixli Qərarına dəyişikliklər edilmişdir. Dəyişikliklərə əsasən,  ixrac olunan xam neftin mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi ilə bağlı göstərilən xidmətlərin dəyəri ixrac olunan məhsulun həcminə görə deyil, hər bir sertifikat üzrə sabit qiymət müəyyənləşdirilmişdir.

Yeni tariflər mayın 1-dən qüvvəyə minəcəkdir.

Tarif (qiymət) Şurasının iclasında, həmçinin “Azərsu” ASC-nin su təchizatı və tullantı sularının axıdılması xidməti üzrə 2011-ci il yanvarın 31-də aparılmış tarif dəyişikliyinin Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə təsiri barədə hesabatı dinlənilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında