Latviya Prezidenti Andris Berzinş Sumqayıt Texnologiyalar Parkında olmuşdur

 

 

Azərbaycana rəsmi səfəri çərçivəsində Latviya Respublikasının Prezidenti Andris Berzinş aprelin 25-də Sumqayıt Texnologiyalar Parkında (STP) olmuşdur.

Latviya Prezidenti Andris Berzinşə məlumat verilmişdir ki, 17 zavoddan ibarət olan STP-də müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir.

Elektrik avadanlıqlarının istehsalı zavodu ilə tanış olan Latviya Prezidentinin diqqətinə çatdırılmışdır ki, müəssisə STP-nin tərkibinə daxil olan ən iri və müasir istehsalatlardan biridir. Hazırda zavodda müxtəlif ölçülü 0,4 kilovoltluq elektrik dolabları, smart-card tipli sayğac dolabları, 6-10 kilovoltluq elektrik avadanlıqları istehsal edilir. Yaxın vaxtlarda 35-110 kilovoltluq elektrik avadanlıqlarının və ölçü transformatorlarının da istehsalı planlaşdırılır.

Latviya dövlətinin başçısı avtobusla zavodun ərazisini gəzmişdir.

Kabel zavodunun fəaliyyəti ilə tanışlıq zamanı Prezident Andris Berzinşə məlumat verilmişdir ki, burada 400 voltdan 110 kilovoltadək polimer örtüklü güc kabelləri hazırlanır. İllik istehsal gücü 20 min ton olan zavodun özünəməxsusluğu ondadır ki, müəssisədə alüminium, dəmir və qurğuşun zirehli sualtı kabellər də hazırlanır. Bu ilin sonunadək zavodun ikinci hissəsi işə düşəcəkdir. Bununla da, Cənubi Qafqazda yalnız burada 500 kilovoltadək güc kabelləri istehsal etmək mümkün olacaqdır.

Sonra ali qonaq polimer məhsulları istehsalı zavodu ilə tanış olmuşdur.

Qeyd edilmişdir ki, zavod sutkada 396 ton polietilen boru istehsal etmək gücünə malikdir. Burada quraşdırılan yeni xətlərdə diametri 16 millimetrdən 800 millimetrədək olan borular istehsal etmək mümkündür. Zavodun məhsulları müasir tələblərə cavab verir. Polietilen borular yüksək təzyiqə davamlı olmaqla yanaşı, korroziyaya uğramır və onlara 50 il zəmanət verilir. Buradakı xətlərin hər biri saatda 1300 kiloqram polietilen boru emal etmək gücünə malikdir. Zavodda diametri 50 millimetrdən 250 millimetrədək olmaqla istehsal edilən drenaj boruları, həmçinin qızdırıcı xətlərin çəkilməsi üçün nəzərdə tutulan polipropilen borular da ən müasir tələblərə uyğun şəkildə, yüksək keyfiyyətlə istehsal olunur.

Qaynar sinkləmə zavodu ilə tanışlıq zamanı ali qonağa məlumat verilmişdir ki, müəssisənin məhsuldarlığı ildə 40 min ton təşkil edir. Burada uzunluğu 15 metrə qədər olan polad məmulatların sinklənməsinə tam şərait vardır. Zavodda tətbiq edilmiş texnologiyalar yüksək effektiv və ekoloji təmiz istehsal prosesini təmin edir.

Ağır maşınqayırma zavodu ilə tanış olan Latviya Prezidentinin diqqətinə çatdırılmışdır ki, burada 10, 110, 220 və 330 kilovoltluq elektrik ötürücü xətlərin dayaqları hazırlanır. Burada, həmçinin energetika avadanlığının təmiri həyata keçiriləcəkdir.

Qeyd edildi ki, zavodun illik istehsal gücü 50 min tondur. Bu cür gücə malik zavod Cənubi Qafqazda yalnız Azərbaycandadır. Gələcəkdə müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Zavod məhsullarını xarici bazarlara çıxarmağı da planlaşdırır.

Sonda Latviya Prezidenti Andris Berzinş dəqiq emal mərkəzləri zavodu ilə də tanış olmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında