Azərbaycan və Latviya arasında sığorta-pensiya sahəsində əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunmuşdur

 

 

Latviyanın Sosial Rifah Nazirliyinin dövlət katibi xanım İyeva Jaunzeme aprelin 24-də Dövlət Sosial Müdafiə Fondunda (DSMF) olmuşdur. DSMF-nin sədri Səlim Müslümov ilə görüşdə qonağa  ölkəmizdə qurulmuş sığorta-pensiya sistemi barədə ətraflı məlumat verilmişdir.

S.Müslümov hazırda Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbətinin Avropa Sosial Xartiyasında nəzərdə tutulan göstəricilərə çatdığını, həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97 faizinin pensiya məbləğinin yoxsulluq həddinin üzərinə çıxdığını bildirmişdir.

Sığorta-pensiya sahəsində digər ölkələrlə əməkdaşlıq məsələlərinə də toxunan S.Müslümov qeyd etmişdir ki, bu sahədə əsas istiqamətlərdən biri xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən vətəndaşların gələcək pensiya və digər sosial sığorta hüquqlarının tanınması məsələsidir.

Hazırda Azərbaycanın pensiya təminatı sahəsində əməkdaşlıq haqqında ayrı-ayrı dövlətlərlə imzaladığı 10 sazişin uğurla tətbiq olunduğunu deyən DSMF-nin sədri, Latviya ilə də bu istiqamətdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsini önə çəkmişdir.

S.Müslümov bildirmişdir ki, hazırda fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 14 min 951 nəfər təşkil edir ki, onların da 14 nəfəri Latviya vətəndaşlarıdır.

Öz növbəsində İyeva Jaunzeme Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək qiymətləndirmişdir. Qonaq iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Görüşdə iki ölkə arasında sığorta-pensiya sahəsi üzrə əməkdaşlıq istiqamətində mövcud imkanlar nəzərdən keçirilmiş və bu istiqamətdə əlaqələrin inkişaf etdirilməsi qərara alınmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında