Mərkəzi Bankda “Commerzbank AG” ilə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

 

Azərbaycan Mərkəzi Bankında Almaniyanın aparıcı banklarından biri olan “Commerzbank AG”ın idarə heyətinin sədri Martin Blessinqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.

 

Mərkəzi Bankın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycanda bank sektorunun qiymətləndirilməsi məsələləri, son meyllər və perspektivlər, həmçinin yerli banklarla əlaqələr müzakirə edilmişdir.

“Commerzbank AG”ın idarə heyətinin sədri Martin Blessinq Azərbaycanın uğurlu inkişafını qeyd edərək ölkəmiz ilə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulamışdır.

Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkə iqtisadiyyatının, o cümlədən bank sektorunun sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. O, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi potensialını xüsusilə vurğulayaraq ikitərəfli münasibətlərin bundan sonra da davam edəcəyinə əminliyini bildirmişdir.

Görüşdə Azərbaycanda bank sektorunun inkişafına dair gələcək əməkdaşlıq istiqamətləri geniş müzakirə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında