LOMMEL - BERQEYK ticarət evinin açılışı oldu

 

 

 

 

Dünən İçərişəhərdə Avropanın ən səfalı, turizm, mədəni və iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən iki şəhərinin– Lommel (Belçika) və Berqeyk (Niderland) şəhərlərinin Ticarət Evinın açılışı olub.

Açılış mərasimi hər iki şəhər merinin – Piter Vanvelthoven və Driek van de Vodevoortun  (həm də Niderland Kralıçası Beatriksin sözcüsüdür) Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub. Tədbirdə ölkəmizin görkəmli mədəniyyət və ictimaiyyət xadimləri, o cümlədən bir sıra dövlət təşkilatlarının nümayəndələri iştirak etib. Ticarət evinin rəhbəri isə Bresser Eurasia BV şirkətinin sədri Leon Sveyxers təyin olunub. “Ticarət evini açmaqda məqsədimiz ölkələr arasında daha sıx mədəni və iqtisadi əlaqələri inkişaf etdirmək, faydalı tərəfdaşlıq əlaqələri qurmaq, həmçinin, Belçika və Niderland Krallığından Azərbaycana turist cəlb etməkdir” - deyə Sveyxers bildirib.

Qeyd edək ki, Lommel Belçikanın inkişaf etmiş şəhərlərindən biridir və daha çox energetika şəhəri olaraq tanınır. Burada küləkdən, günəşdən və sudan enerji əldə olunur. Şəhər həmçinin qədim tarixə malikdir. Qumdan şüşə hazırlanması texnologiyası da tarixən Lommelin adı ilə bağlıdır. Niderlandın Berqeyk şəhəri isə öz növbəsində texnologiya sahəsi üzrə dünyada qabaqcıl şəhərlərdən biridir. Dünyaca məşhur olan Phillips şirkətinin baş ofisi də bu şəhərdə yerləşir. Bu şəhərdə yerləşən çiplər üzrə istehsal müəssisələri dünyanın 90 faizini bu çiplərlə təmin etməkdədir.  Bundan əlavə, şəhərin  mədəniyyət və incəsənət sahəsində də müəyyən uğurları var. Belə ki, Berqeykdəki muzeylərin xüsusiliyi onların informasiya mərkəzinin də olması ilə bağlıdır. Şəhərdə fəaliyyət göstərən bir çox şirkət muzeylərin inkişafına öz dəstəyini göstərir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında