Dünya İqtisadi Forumu çərçivəsində “Baku Steel Company” MMC bir sıra xarici şirkətlərlə işgüzar müqavilələr imzalamışdır

 

 

 

Aprelin 8-də Bakıda keçirilən Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində “Baku Steel Company” MMC-də dünyanın metallurgiya və maşınqayırma sahəsində fəaliyyət göstərən bir sıra aparıcı şirkətləri ilə işgüzar görüşlər olmuş və müqavilələr imzalanmışdır.

AzərTAc xəbər verir ki, aprelin 8-də şirkətdə keçirilən ilk görüşdə “Baku Steel Company” MMC və Almaniyanın “SMS Simag” şirkəti arasında müqavilə imzalanmışdır. “SMS Simag” şirkətinin baş direktoru Burxard Dahmen və “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun imzaladığı sənəddə bildirilir ki, “Baku Steel Company” və “SMS Simag” şirkətləri Gəncə şəhərində soba-çalovdan, kombinə edilmiş PFTM, habelə Stekel/TLS yayma dəzgahından ibarət inteqrasiya edilmiş metallurgiya istehsalatının yaradılması ilə bağlı olan layihənin eksklüziv öyrənilməsinə dair razılaşma əldə etmişlər.

Görüşdə qeyd edilmişdir ki, gələcəkdə 1,1 milyard avro sərməyə qoyulmaqla, yaxın dövrdə Sumqayıt boru-prokat zavodunun yenidən qurulması da planlaşdırılır. Layihə reallaşdıqdan sonra 1,8 milyon ton hazır məhsul və 1,8 milyon ton bərpa olunmuş filiz konsentratı istehsal etməyə imkan yaranacaqdır. Bu layihə Azərbaycanı regionda ən böyük metal istehsalçısına çevirəcəkdir.

“Baku Steel Company” şirkətində daha sonra Almaniyanın “Siemens” VAİ şirkətinin nümayəndələri ilə də görüş keçirilmiş və anlaşma memorandumu imzalanmışdır. “Siemens” VAİ şirkətinin vitse-prezidenti Alferd Pisinger və “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun imzaladığı anlaşma memorandumunda bildirilir ki, Daşkəsəndə mövcud filiz saflaşdırma kombinatının yerində tamamilə yeni, illik hasilatı 5 milyon ton dəmir konsentratı olan müasir tipli filiz saflaşdırma kombinatı inşa ediləcəkdir.

BSC yeni metallurgiya güclərinin tikintisinə 300 min avro investisiya qoymaq niyyətindədir. “Simens” VAİ texnologiyalar, modernləşdirmə, məhsullar və xidmətlər sahəsində malik olduğu kompleks portfeli, habelə elektrik avadanlığı və avtomatlaşdırma sistemləri sahəsində yüksək peşəkarlığı ilə metallurgiya sənayesi üçün avadanlığın bütün istismar dövrü ərzində aparıcı tərəfdaş kimi fəaliyyət göstərir. Bu şirkət layihənin həyata keçirilməsi üçün “Baku Steel Company” MMC-nin xüsusi avadanlığının quraşdırılması, mühəndislik, habelə müvafiq xidmətlərin göstərilməsini təklif və təchiz etməkdə maraqlıdır.

“Baku Steel Company” MMC hazırda yeni inşa olunacaq 50 tonluq elektrik qövs sobasının, yeni yayma xəttinin, müasir qaztutucu qurğunun və FKO-nun qurulması istiqamətində “Siemens” VAİ şirkətinə öz sifarişini vermişdir. Bundan sonra da hər iki şirkət layihənin işlənib hazırlanması və həyata keçirilməsi üçün sıx əməkdaşlıq etmək niyyətindədir.

Tədbirdə Amerikanın “Midrex” şirkətinin nümayəndələri də iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında