Azərbaycan hər il orta hesabla 30 milyard ABŞ dolları dəyərində xam neft ixrac edir

 

 

Azərbaycan hər il orta hesabla 30 milyard ABŞ dolları dəyərində xam neft ixrac edir.

Bu sözləri Bakıda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində demişdir.

Onun sözlərinə görə, Azərbaycanın illik neft hasilatı təxminən 42 milyon ton təşkil edir ki, bunun da 35 milyon tonu ixrac olunur.

R.Abdullayev onu da qeyd etmişdir ki, hazırda Azərbaycan Respublikasının Dövlət Neft Fondunda 35 milyard dollardan çox valyuta ehtiyatı mövcuddur, ölkənin ümumi valyuta ehtiyatları isə artıq 44 milyard dollara çatmışdır.

Bununla yanaşı, ARDNŞ prezidenti nəzərə çatdırmışdır ki, hazırda əsas ixrac marşrutu olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri tam gücü ilə istismar olunmur. Gələn il Qazaxıstanın “Kaşaqan” yatağında neft hasilatına başlanacaq və bu xam neftin də Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac olunacağı istisna edilmir.

 AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında