Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edir

 

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədə həyata keçirdiyi iqtisadi layihələr iki qardaş ölkənin inkişafı üçün böyük əhəmiyyət daşıyır.

Bu fikirlər Bakıda keçirilən “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumunda iştirak edən Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız ilə ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin görüşündə səslənmişdir.

ARDNŞ-in Türkiyədə həyata keçirdiyi layihələr üzrə işlərin gedişi haqqında qonağa ətraflı məlumat verilmişdir.

Yenidən Bakıda olmasından məmnunluğunu ifadə edən Taner Yıldız İqtisadi Forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd etmiş, qonaqpərvərliyi üçün Azərbaycan dövlətinə minnətdarlığını bildirmişdir. O, ARDNŞ-in Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığın inkişaf etməsində rolunu yüksək qiymətləndirmiş, şirkətin Türkiyədə gerçəkləşdirdiyi layihələrin iki qardaş ölkənin iqtisadi yüksəlişi üçün əhəmiyyətini vurğulamışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında