Azərbaycan milli aviasiyanın inkişafına 1,2 milyard dollardan artıq sərmayə yatırmışdır

 

 

İndiyədək Azərbaycan aviasiyasının inkişafına və hava donanmasının yenilənməsinə 956,3 milyon manat (təxminən 1,226 milyard ABŞ dolları) məbləğində investisiya yönəldilmişdir.

“APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov “The Business Year” dərgisinə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, son bir neçə il ərzində Azərbaycan hava donanmasını əhəmiyyətli şəkildə yeniləmişdir. Belə ki, aviaparka “Boeing”, “Airbus” və s. tipli yeni təyyarələr, o cümlədən vertolyotlar əlavə olunmuşdur.

“Qəbələdə yeni beynəlxalq aeroport inşa olunub, Naxçıvan, Gəncə, Zaqatala və Lənkəranda isə mövcud hava limanları əsaslı şəkildə təmir olunub. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın, uçuş-enmə zolağının və 4 anqarın tikintisi davam etdirilir. Eyni zamanda, aviaparkın yenilənməsi istiqamətində də işlər davam etdirilir”, - deyə nazir bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında