“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yeni kənd təsərrüfatı texnikası almışdır

 

 

Aprelin 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin aldığı yeni kənd təsərrüfatı texnikalarına baxmışdır.

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vasif Məmmədov məlumat vermişdir ki, muxtar respublikaya cəmiyyətin xətti ilə 995 texnika gətirilmiş, onlardan 696-sı lizinq yolu ilə sahibkarlara satılmışdır. Bu da aqrotexniki qaydaların müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, əl əməyinin yüngülləşdirilməsinə və bol məhsul istehsalına zəmin yaratmışdır. Hazırda “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində aqrar sahədə fəaliyyət göstərən sahibkarların, fermerlərin, kənd əməkçilərinin sifarişləri əsasında 20-dən artıq müxtəlif xidmətlər yerinə yetirilir.

Baxış zamanı bildirilmişdir ki, sərfəli şərtlərlə uzun müddətə lizinqə verilən kənd təsərrüfatı texnikaları iqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda alınmış texnika və avadanlıqlar dəyərinin 10 faizi əvvəlcədən, qalan  hissəsi isə növbəti 9 il müddətinə  ödənilmək şərtilə satılır. 2013-cü ildə 116 ədəd müasir kənd təsərrüfatı texnikası alınmışdır. Bu günə qədər alınan texnikadan 55-nin lizinq yolu ilə satışı həyata keçirilmişdir. Baxış keçirilən Çin və İtaliya istehsalı olan 18 traktor, Finlandiya istehsalı olan “Sampo” markalı kombayn müasir tələblər səviyyəsindədir. Türkiyə istehsalı olan 6 dəst kartofəkən və kartofçıxaran, 2 ədəd çizel, 4 çiləyici və 20 kotan, yoncasəpən, taxılsəpənlər, taxıltəmizləyənlər, qaba yemdoğrayan maşınlar, 16 kipvuran və 10 dırmıq, 5 diskli otbiçən, 2 lafet, 5 torpaqyumşaldan və 5 moraaçan da kənd təsərrüfatı işlərinin görülməsində istifadə olunacaqdır.

Bu il cəmiyyət kifayət qədər herbisid və sink-fosfid preparatı alaraq muxtar respublikaya gətirmişdir.

Ali Məclisin sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin təmir sexinə, gübrə və ehtiyat hissələr anbarlarına baxmışdır.

Məlumat verilmişdir ki, taxıl istehsalının artırılması üçün torpaqların gübrəyə olan tələbatının ödənilməsi vacib məsələlərdəndir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya gətirilən gübrələr 50 faiz güzəştlə torpaq mülkiyyətçilərinə verilir. Anbarlarda 2780 ton azot və 300 ton fosfor gübrəsi vardır.

Ali Məclisin sədri təlabata uyğun olaraq yeni kənd təsərrüfatı texnikasının və damazlıq mal-qaranın alınaraq muxtar respublikaya gətirilməsi və lizinq yolu ilə satışının həyata keçirilməsi barədə tapşırıqlar vermişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında