“Araz” Elm-İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatına baxış

 

 

Muxtar respublikada fermerlərin, torpaq mülkiyyətçilərinin keyfiyyətli toxum sortları ilə təmin edilməsində, əkinçilikdə yeni metodların tətbiq olunmasında akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin də mühüm rolu var.

Aprelin 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatına gələrək əkin sahələrinə baxmışdır.

Birliyin baş direktoru Bəhruz Bayramov qeyd etmişdir ki, yardımçı təcrübə təsərrüfatının ümumi sahəsi 83,6 hektardır. Hazırda 69,7 hektarda əkin işləri aparılır. Əkin və becərmə işlərinin həyata keçirilməsində birliyin nəzdindəki 25 texnikadan istifadə olunur.

Bildirilmişdir ki, bu ilin məhsulu üçün yardımçı təcrübə təsərrüfatında şırım üsulu ilə 40 hektar taxıl əkilib. Bu üsul su itkisinin, torpağın yuyulmasının qarşısının alınmasında mühüm rol oynayır. Səpin zamanı məhsuldar buğda  və  arpa sortlarından istifadə olunub. Həmçinin bu il yardımçı təcrübə təsərrüfatının 20 hektarında yonca, 3 hektarında  isə “Qlanula” kartof sortu əkilmişdir. Yüksək məhsuldarlığı və yerli iqlimə uyğunluğu ilə seçilən bu sort təcrübə-sınaq müddəti başa çatdıqdan sonra əkin üçün muxtar respublikanın torpaq mülkiyyətçilərinə tövsiyə olunacaqdır.

Qeyd olunmuşdur ki, 2012-2015-ci illəri əhatə edən Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramının icrası muxtar respublikada bostan və tərəvəz əkini sahələrinin daha da genişləndirilməsinə şərait yaratmışdır. Yardımçı təcrübə təsərrüfatının 2,5 hektarında bostan və tərəvəz bitkiləri əkiləcəkdir.

Ali Məclisin sədri “Araz” Elm-İstehsalat Birliyinin təcrübə mərkəzi kimi fəaliyyətinin genişləndirilməsi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı elmi əlaqələrin qurulması, əkin zamanı yerli iqlim şəraitinə uyğunlaşmış toxum növlərindən istifadəyə üstünlük verilməsi, itirilmiş məhsuldar toxum növlərinin bərpası və rayonlaşdırılması, yardımçı təcrübə təsərrüfatında muxtar respublikanın fermer və torpaq mülkiyyətçiləri üçün seminarların təşkil edilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında