“Şahdəniz” konsorsiumu qaz nəqli üçün yekun təklifləri qiymətləndirməyə başlayır

 

 

“Şahdəniz” konsorsiumu “Mərhələ 2” qazının Avropaya nəqli üçün Nabukko Qaz Boru Kəməri (Nabucco Gas Pipeline International) və Trans Adriatik Boru Kəməri (TAP) layihələrindən aldığı yekun təklifləri qiymətləndirməyə başlamışdır. Bu barədə Trend-ə BP-nin Bakı ofisinin mətbuat xidmətindən məlumat verilmişdir.

Məlumata görə, təqdim olunmuş sənədlər “Şahdəniz” konsorsiumuna hər bir nəql variantı üzrə yekun qiymətləndirmə aparmağa və Avropaya ixracın üstün marşrutu haqqında tam məlumat əsasında qərar verməyə imkan verir. Avropa boru xətti üzrə yekun qərarın bu ilin iyun ayının sonunadək veriləcəyi gözlənilir.

Nəql təkliflərinə Nabukko Uest və TAP layihələrinin texniki, inzibati-nəzarət, maliyyə və digər aspektlərinə dair əsaslı məlumatlar daxildir. Konsorsium bununla müfəssəl dəyərləndirmə mərhələsinə daxil olur və bu mərhələdə təkliflər əvvəlcədən ictimaiyyətə açıqlanmış seçim meyarları əsasında qiymətləndiriləcək. Həmin meyarlar bunlardır: kommersiya, layihənin həyata keçmə imkanları,  maliyyə baxımından mümkünlüyü, mühəndis-layihə işləri, uyğunluq və şəffaflıq, təhlükəsiz və səmərəli istismar, mərhələlərlə genişləndirilmənin mümkünlüyü və strateji mülahizələr. Bu şirkətlərin hər biri ilə aydınlaşdırma görüşləri də keçiriləcək.

Təqdim olunmuş nəql təkliflərinin 2013-cü ilin aprelin sonunadək hüquqi öhdəliyə malik olacağı gözlənilir. Növbəti ay ərzində “Şahdəniz” konsorsiumu, həmçinin Avropadakı potensial qaz alıcılarından hüquqi öhdəlik yaradan qaz satışı təklifləri alacağını da gözləyir.

Qeyd edək ki, “Şahdəniz Mərhələ 2" layihəsi ”Cənub qaz dəhlizi"ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. “Şahdəniz Mərhələ 2" layihəsinin “Mərhələ 1"dən əldə olunan ildə təqribən 9 milyard kubmetr qaza ildə 16 milyard  kubmetr qaz hasilatı əlavə edəcəyi gözlənilir.

Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən “Şahdəniz” yatağının “Mərhələ 2" işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ildə 16 milyard kubmetr nəql güc əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. Şahdəniz qazının Türkiyə ərazisinə və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında