Bakıda keçiriləcək Davos Forumu müasir dövr üçün olduqca əhəmiyyətli məsələlərin müzakirəsi ilə yadda qalacaqdır

 

 

Xəbər verdiyimiz kimi, aprelin 7-8-də Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) keçiriləcəkdir.

Forumun proqramının zənginliyi bu mötəbər tədbirdə müasir dövrümüz üçün olduqca əhəmiyyətli məsələlərin müzakirə olunacağını deməyə əsas verir.

Tədbirin “Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının gələcəyinə baxışlar” mövzusunda keçiriləcək birinci sessiyasında həmin regionların iqtisadi imkanları, nəqliyyat infrastrukturu, əlverişli investisiya mühiti kimi məsələlər müzakirə ediləcəkdir.

“Enerji və təbii resurslar: İmkanlar və çağırışlar” mövzusunda sessiyada Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının təbii resursları, dünya ölkələrinin enerji ehtiyatlarına artan tələbatının təmin edilməsində həmin regionların rolu ilə bağlı fikir mübadilələri aparılacaqdır.

Forumun daha bir sessiyası “Sahibkarlıq və insan kapitalı: İmkanlar və çağırışlar” mövzusuna həsr olunacaqdır. Bu sessiyada region ölkələrində həyata keçirilən uğurlu islahatlar nəticəsində iqtisadiyyatın dinamik inkişafı, özəl sahibkarlıq üçün yaradılmış əlverişli şəraitlə bağlı məsələlərə dair müzakirələr aparılacaqdır.

“Maliyyə və uzunmüddətli investisiya: İmkanlar və çağırışlar” mövzusunda sessiyada isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ölkələrinə son illərdə qoyulan investisiyaların həcminin artması diqqət mərkəzində olacaqdır.

Tədbirin “Ticarət və təchizat şəbəkələri: İmkanlar və çağırışlar” mövzusunda sessiyasında Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının Şərq və Qərb, Şimal və Cənub arasında əlverişli coğrafi mövqedə yerləşməsinin üstünlüklərindən danışılacaqdır.

Forumun digər maraqlı bir sessiyası da “Azərbaycanın gələcəyinə baxış: Yeni iqtisadiyyata doğru” mövzusunda olacaqdır. Bu sessiyada Azərbaycanın getdikcə artan iqtisadi imkanları, Avropanın enerji təhlükəsizliyinin təminində rolu, ölkədə yaradılmış əlverişli investisiya mühiti, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoruna, xüsusilə də innovativ texnologiyalara qoyulan investisiyalar və s. məsələlər müzakirə mövzusu olacaqdır.

“Enerji və təbii resurslar: Gələcəyə yol”, “Sahibkarlıq və insan kapitalı: Gələcəyə yol”, “Maliyyə və uzunmüddətli investisiya: Gələcəyə yol” adlı sessiyalarda da qeyd edilən sahələrdə perspektiv imkanlarla bağlı müzakirələr aparılacaqdır. 

 “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Bakıda keçiriləcək Forum gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi baxımından region üçün çox gözəl imkan yaradacaqdır.

Forum regional və qlobal oyunçulara regionun gələcəyi ilə bağlı əsas çağırışları və imkanları dəyərləndirmək üçün mühüm platforma olacaq, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfə verəcəkdir.

Xatırladaq ki, Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında