Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini 44 faiz artırmışdır

 

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ilin fevral ayında dövlət büdcəsinə 132,285 milyon manat vəsait ödəmişdir. ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin fevral ayındakına nisbətən 43,9 faiz çoxdur.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-fevral aylarında şirkət büdcəyə 266,516 milyon manat vəsait ödəmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,1 faiz çoxdur.

Bundan əlavə, cari ilin fevral ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11,4 milyon manat vəsait köçürmüşdür  ki, bu da ötən ilin fevral ayına nisbətən 1,1 faiz çoxdur.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-fevral aylarında ARDNŞ tərəfindən DSMF-yə ödəniş 24,167 milyon manat təşkil etmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisini 1,9 faiz üstələyir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında