“Silk Way Airlines” aviaşirkəti “Boeing 747-8” tipli müasir yük təyyarələrinin alınmasına dair Anlaşma Memorandumu imzalamışdır

 

 

Martın 18-də Bakıda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Silk Way Airlines” aviaşirkəti ilə “Boeing” şirkəti arasında “Boeing 747-8” tipli müasir yük təyyarələrinin alınmasına dair Anlaşma Memorandumu imzalanmışdır.

“Silk Way Airlines” aviaşirkətinin direktoru Şəmsəddin Mirsalayev və “Boeing” şirkətinin  Yaxın Şərq, Rusiya və Orta Asiyada satış üzrə böyük vitse-prezidenti Marty Bentrott tərəfindən imzalanan Anlaşma Memorandumuna əsasən, yaxın zamanlarda 4 ədəd “Boeing 747-8” tipli yük təyyarəsinin alınmasına dair alqı-satqı sazişi bağlanacaqdır.

“Silk Way Airlines” aviaşirkətinin direktoru Şəmsəddin Mirsalayev bildirmişdir ki, “Boeing” şirkəti ilə aparılan danışıqların nəticəsi olaraq 4 yeni “Boeing 747-8” yük təyyarələrinin alınması planlaşdırılır. Bu təyyarələrin ikisinin 2014-2015-ci illərdə, digər ikisinin isə 2016-2017-ci illərdə ölkəmizə gətirilməsi nəzərdə tutulur. Ən müasir təyyarələr olan “Boeing 747-8”, həmçinin ən çox yükgötürmə qabiliyyətinə də malikdir. Bu hava gəmiləri son texnologiyalarla təchiz olunur. Əbəs yerə deyil ki, dünyanın ən böyük yük aviaşirkətləri də bu təyyarələrdən sifariş edirlər. Hazırda aviaşirkətimiz tərəfindən 3 ədəd “Boeing 747-4”, 2 ədəd də “Boeing 767-3” yük təyyarəsi istismardadır. Alınacaq yeni təyyarələrin yükgötürmə qabiliyyəti onlardan 16 faiz çoxdur. Eyni zamanda, daşımanın da qiyməti təxminən 16 faiz ucuz başa gəlir. Belə ki, bu yük təyyarələri yanacağa 12-14 faiz qənaət edir. Hazırda dünyada təyyarə yanacağının qiymətlərini nəzərə alsaq, görərik ki, bəzi hava limanlarında yanacağın 1 tonu təxminən 2 min dollardan da bahadır. Əlbəttə ki, bu da 160-180 ton yanacaq götürərək uzaq məsafəyə uçan təyyarə üçün böyük xeyirdir. Belə olduqda daşınan yükün də maya dəyəri aşağı düşür. Bu da “Boeing 747-8” tipli yük təyyarələrinin daha səmərəli olduğunu göstərir.

Ş.Mirsalayev demişdir ki, “Boeing 747-8” tipli yük təyyarələrinin alınması inkişafda olan Azərbaycan aviasiyası üçün əlamətdar haldır. Düşünürəm ki, bu təyyarələrin sayı daha da artacaqdır. Çünki Azərbaycan ərazisi ilə yükdaşımaların göstəriciləri yüksələn xətlə inkişaf edir. İnşallah yaxın gələcəkdə ABŞ-a da yük daşınması planlaşdırılır.

“Boeing” şirkətinin  Yaxın Şərq, Rusiya və Orta Asiyada satış üzrə böyük vitse-prezidenti Marty Bentrott isə martın 18-nin onlar üçün tarixi bir gün olduğunu qeyd etmişdir. Bildirmişdir ki, hazırda “Boeing 747-8” tipli yük hava gəmisi dünyada istehsal olunmuş ən sonuncu yük təyyarəsi modelidir. Təyyarənin yükgötürmə qabiliyyəti 130 min tondan çoxdur. Bu cür təyyarələr “Silk Way Airlines”ə Asiya, hətta Amerikaya da yük daşınmasına imkan verəcəkdir.

“Boeing” şirkəti Azərbaycan ilə əməkdaşlıqdan fəxr edir, - deyən M.Bentrott yeni təyyarələrin alınmasının respublikamızın iqtisadi inkişafına töhfə olacağını diqqətə çatdırmış və bundan şad olduqlarını vurğulamışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında