Azərbaycan Dövlət Neft Fondu daşınmaz əmlaka sərmayələrini 3 dəfə artıracaq

 

 

Ötən il London, Paris və Moskva şəhərlərində daşınmaz əmlak alan Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Cənub-Şərqi Asiya və Türkiyədə də əmlak alınmasını davam etdirməklə daşınmaz əmlaka yatırdığı investisiyaları genişləndirmək niyyətindədir.

“APA-Economics”in məlumatına görə, bu barədə ARDNF-in Vəsaitlərin idarə edilməsi müdiriyyətinin başçısı İsrafil Məmmədov “Bloomberg” agentliyinə açıqlama vermişdir.

 Onun sözlərinə görə, 2012-ci ildə daşınmaz əmlaka 600 milyon ABŞ dolları xərcləyən ARDNF ümumilikdə daşınmaz əmlaka yatırılan investisiyaları 1,6-1,7 milyard dollara və ya ümumi investisiya portfelinin 5%-nə çatdırmaq niyyətindədir.

“Hazırkı prioritet Cənub-Şərqi Asiya ölkələridir. Bizim daşınmaz əmlaka investisiya strategiyasına gəldikdə isə əsas məsələ yüksək bazar şəffaflığı, dərinlik, likvidlik və uzunmüddətli icarə təcrübəsinə malik olan əsas paytaxt şəhərlərində baş ofis ərazilərinə investisiya yatırmaqdır”, - deyə İ.Məmmədov bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında