“AtaBank” ASC Novruz bayramında kimsəsiz uşaqları sevindirdi

 

 

 

16 mart 2013-cü il tarixində "AtaBank” ASC “Xəmsə” şadlıq sarayında  Korporativ Sosial Məsuliyyət sahəsində növbəti aksiyasını keçirdi.  Bankın dəstəyi ilə valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlar üçün Novruz bayramı şənliyi təşkil olundu. 300-dən artıq kimsəsiz uşağın iştirak etdiyi Novruz şənliyində təlxəklər, kosa və Bahar qızı uşaqlar üçün əyləncəli oyunlar, viktorinalar keçirdilər. Musiqi sədaları altında uşaqlar rəqs etdilər və tədbirin sonunda uşaqlara  hədiyyələr verildi.

“AtaBank” ASC İdarə Heyətinin üzvü Elnur Osmanov tədbir ilə bağlı bildirdi: AtaBank ASC maliyyə bazarında yenilikçi missisyası ilə bərabər, xeyirxahlıq ənənələrini də davam etdirir. Valideyn himayəsindən məhrum, kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan uşaqları  tez-tez sevindirir  və hər il Novruz bayramında onların Bahar bayramını daha mənalı və yaddaqalan etmək üçün şənlik təşkil edirik. Biz inanırıq ki, uşaqlara göstərdiyimiz bu diqqət və qayğı onların cəmiyyətə qazandırılmasına köməkdir”.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.“AtaBank” ASC-nin 24 filialı fəaliyyət göstərir. Onlardan 12-i  Bakı şəhərində, 12-i isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şırvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir. 1 fevral 2013 il tərixinə bank tərəfindən  quraşdırılmış POS-terminalların sayı 9279 ədəd təşkil etmişdir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz -  www.facebook.com/ AtaBank. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında