“Milli genişzolaqlı internetin inkişafı” layihəsinə dair tədbir keçirilmişdir

 

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun iştirakı ilə “Milli genişzolaqlı internetin inkişafı” layihəsinə həsr olunmuş tədbir keçirilmişdir.

Hər iki qurumun nümayəndələrinin təmsil olunduğu tədbirdə 2013-2015-ci illərdə genişzolaqlı internetin ən ucqar yaşayış məntəqələri də daxil olmaqla, hər bir evə çatdırılması ilə bağlı layihənin texniki, iqtisadi, hüquqi tərəfləri müzakirə edilmişdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən aldığımız məlumatda deyilir ki, tədbirdə həyata keçiriləcək layihədən ölkə ərazisində fəaliyyət göstərən özəl operatorlar, internet provayderlərinin bərabər səviyyədə istifadəsinə lazımi şəraitin yaradılması, İKT sektorunda rəqabət mühitinin daha da yaxşılaşdırılması, eləcə də layihənin həyata keçirilməsi sahəsi üzrə idarəetmədə şəffaflığın təmin edilməsi əsas müzakirə mövzularından olmuşdur.

Tədbirdə texniki detallar bir daha təhlil edilərək, 2013-cü ildə nəzərdə tutulmuş layihələrin icrasına başlanılması ilə bağlı qərar qəbul olunmuşdur.

 

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında